Xasiyyətnamə və tərcümeyi-hala aid nümunələr yazmaq


Xasiyyətnamə.  Nümunə 1.
                                                  Azərbaycan Dövlət İqtisad Universitetinin
                                                 «Azərbaycan dili» kafedrasının baş müəllimi,
                                                  filologiya elmləri namizədi, azərbaycanlı,
                                                  evli, 1960-cı ildə anadan olmuş Həsən
                                                  Məmməd oğlu Zakirov barədə

                                                   XASİYYƏTNAMƏ

Həsən Məmməd oğlu Zakirov 1990-1993-cü illərdə Bakı Dövlət Universitetində aspiranturanın əyani şöbəsində oxumuşdur. 1993-cü ildən ADİU-nun “Azərbaycan dili” kafedrasında müəllim vəzifəsində çalışır. 1994-cü ildə «Dilimizin zənginləşmə yolları» mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1997-ci ildə müsabiqə yolu ilə baş müəllim vəzifəsinə keçirilmişdir.
Həsən Zakirov mühazirələrini yüksək metodiki və elmi səviyyədə aparır. Elmi-tədqiqat plan işlərini həmişə vaxtında və keyfiyyətlə yerinə yetirmişdir. O, Azərbaycan dilinin aktual problemləri ilə bağlı vaxtaşırı respublika və Müstəqil Dövlətlər Birliyi məkanında məruzələrlə çıxış edir, mətbuat səhifələrində maraqlı məqalələr çap etdirir. H.Zakirov universitetin ictimai işlərində də fəal iştirak edir. Qısa müddət ərzində tələbə və müəllim kollektivinin rəğbətini qazanan H.Zakirov həm də Universitet Həmkarlar Komitəsinin sədr müavinidir.
Xasiyyətnamə «Elm» cəmiyyətinə təqdim edilmək üçün verilir.

Kafedra müdiri:                                   prof.H.Əliyev
Həmkarlar komitəsinin sədri:              dos.Ə.Zeynallı


Nümunə 2.

«Fidan» EİB-də təmir sexinin təmirçisi, azərbaycanlı, orta təhsilli, bitərəf, 1970-ci ildə anadan olmuş Vəli Həmid oğlu Əliyev barədə

İSTEHSALAT XASİYYƏTNAMƏSİ

Vəli Həmid oğlu Əliyev 1988-ci ildən indiyədək «Fidan» EİB-də təmir sexində işləyir.
İşlədiyi müddətdə özünü yaxşı mütəxəssis kimi göstərmişdir.
Peşəsini çox sevir. Bir sıra səmərələşdirici təkliflərin müəllifidir.
Yüksək peşə ustalığı və mənəvi keyfiyyətləri nəzərə alınaraq xarici ölkələrdə, xüsusilə Türkiyədə işləmək üçün göndərilmişdir.
Vicdanlı və keyfiyyətli işinə görə mükafatlandırılmışdır.
V. Əliyev birliyin ictimai həyatında fəal iştirak edir.
İş yoldaşları arasında hörmət qazanmışdır.
Xoşrəftar, təvazökar, siyasi cəhətdən savadlıdır.
İstehsalat xasiyyətnaməsi «Fidan» EİB Həmkarlar Komitəsinin iclasında müzakirə və təsdiq edilmişdir.
Xasiyyətnamə tələb olunan yerə təqdim edilmək üçün verilir.

«Fidan» EİB-in direktoru:                    Ə.Əliyev
Həmkarlar Komitəsinin sədri:              A.Məmmədova


Tərcümeyi-hal.  Nümunə 1.
Mən Aygün Malik qızı Aslanova 1987-ci ildə Bakı şəhərində anadan olmuşam. 2004-cü ildə 210 nömrəli orta məktəbi bitirmişəm. Elə həmin il M. Ə. Rəsulzadə adına Bakı Dövlət Unversitesinə daxil olmuş, 2008-ci ildə oranı bitirmişəm.

İnistutu və maqistraturanı bitirdikdən sonra labarant vəzifəsində işə girmişəm. 2010-cu ildən baş müəllim vəzifəsinə girmiş, 2013-cü ilədək orada işləmişəm.

Atam, Malik Əhməd oğlu Aslanov 1955-ci ildə anadan olmuşdur, “CaspianDTL” şirkətində baş mühəndisidir.

Anam, Nailə Emil qızı Aslanova 1958-ci ildə anadan olmuşdur, işləmir, evdar xanımdır.
Qardaşım, Orxan Malik oğlu Aslanov 1985-ci ildə anadan olmuşdur. S. Vurğun adına Rus Dram Teatrında aktyordur, evlidir, iki uşağı var.


Nümunə 2.

Mən, Quliyev Kamil Rza oğlu 1954-cü ildə Gədəbəy rayonunun Qaramurad kəndində anadan olmuşam. 1971-ci ildə orta məktəbi bitirmişəm. Hərbi xidmətə gedənə qədər N.Nərimanov adına kolxozda işləmişəm. 1972-ci ildən 1974-cü ilə qədər Dəniz Donanmasında hərbi xidmətdə olmuşam.
1975-ci ildə 16 saylı sənət məktəbini bitirib, avtoçilingər ixtisasına yiyələnmişəm. Göndərişlə «Fidan» EİB-də yığma sexində işə başlamış və hal-hazırda orada işləyirəm.
Atam, Rza Namiq oğlu Quliyev 1930-cu ildə anadan olmuşdur, təqaüdçüdür.
Anam, Almira Xəlil qızı Kazımova 1930-cu ildə anadan olmuşdur, təqaüdçüdür.
Bacım, Aytən Rza qızı Quliyeva 1951-ci ildə anadan olmuşdur, müəllimə işləyir.
Qardaşım, Elvin Rza oğlu Quliyev 1957-ci ildə anadan olmuşdur, sürücü işləyir.
Həyat yoldaşım, Sevinc Adil qızı Əhmədova 1960-cı ildə anadan olmuşdur, «Fidan» EİB-in layihə-smeta bürosunda nəzarətçi işləyir.
Oğlum, Fərid Quliyev 1980-ci ildə anadan olmuşdur, 129 saylı məktəbin müəllimidir.
Qızım, Mətanət Quliyeva 1983-cü ildə anadan olmuşdur.


Mənbə: http://unec.edu.az/application/uploads/2015/07/ISGUZAR-YAZISMALAR-I-KOLOKVIUM-2003.pdf  və tələbənin şəxsi kabinetinə yüklənilmiş tədris materialından

Yorumlar

  1. Salam xasiyyətnaməde mohurde vurulurmu?

    YanıtlaSil
    Yanıtlar
    1. Salam, səhv eləmirəmsə bəli, müəssisənin möhürü vurulur.

      Sil
    2. Salam. Bəli xasiyyətnaməyə möhür vurulur.

      Sil
  2. Salam.menim anam rəhmətə gedib.tercumeyi halda yazım ki rəhmətə gedib?

    YanıtlaSil
    Yanıtlar
    1. Salam, Doguldugu ve rehmete getdiyi tarixi yazsaz kifayetdir. Allah rehmet elesin!

      Sil
  3. salam tərcümeyi hal mütləq əl ilə yazılmalıdır?

    YanıtlaSil
  4. Salam herbi ucun yazilmiş tercumeyi hal nece yazilmalidir? Bilen varsa komey ederdiz zehmet deyilse.

    YanıtlaSil
  5. Salam, men 11ci sinif şagordiyem ve mende vaenkomatda senedlere göre xasiyyetname ve tercümeyi hal lazımdır. Nümuneler ise buna uyğun deyil başqa nümuneler göstere bilersiniz?

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Müasir Azərbaycan dilinin işgüzar üslubu barədə material hazırlamaq

Əmr və əmrdən çıxarış mövzusuna aid nümunələr