Əmr və əmrdən çıxarış mövzusuna aid nümunələr
Nümunə 1. BAKI MAŞINQAYIRMA ZAVODU ÜZRƏ
63 SAYLI ƏMR
Bakı şəhəri «02» fevral 2015-ci il
Zavodda dəftərxana işinin daha səmərəli təşkili və sənədləşmənin düzgün
aparılması məqsədi ilə
ƏMR EDİRƏM:
1. Zavod üzrə bütün əmrlər lazımi nüsxələrdə və əmrdə göstərilən
əsaslarla birlikdə ümumi şöbəyə təqdim edilsin.
2. Təqdimatlar və ərizələr ümumi şöbədə qeydiyyatdan keçirilsin və
mənim dərkənarımdan sonra yenidən ümumi şöbəyə təqdim edilsin.
3. Zavoddan gedən bütün məktublar və cavab məktubları 3 nüsxədə,
zavoda daxil olan məktub əsasla birlikdə ümumi şöbəyə təqdim edilsin.
4. Sənədləşmənin düzgün aparılıb-aparılmaması barədə ümumi şöbənin
müdiri mənə xəbər versin.
Əmr bütün struktur bölmələrə göndərilsin.
Əsas: Ümumi şöbə müdirinin təqdimatı.
BAŞ DİRЕКTОR: Z.N.ƏHMƏDOV
Nümunə 2. “Fidan” Elm İstehsalat Birliyi üzrə
12 saylı əmr
Bakı şəhəri 24 yanvar 2015-ci il
İlham İman oğlu İmanov 01.02.2015-cü il tarixdən maaşı ştat cədvəlinə uyğun
olmaqla bir ay sınaq müddəti ilə mühəndis təyin edilsin.
Əsas: İ.İmanovun ərizəsi
Baş direktor: Ə.Əliyev
“Fidan” Elm İstehsalat Birliyi üzrə
13 saylı əmr
Bakı şəhəri 5 fevral 2015-ci il
I. Etibar Cavanşir oğlu Məmmədov - elektrik montyoru 05.02.2015-ci il tarixindən Azərbaycan
Respublikası Əmək qanunvericiliyinin 37-ci maddəsinin I bəndi ilə tutduğu vəzifədən azad edilsin.
Əsas: Etibar Məmmədovun ərizəsi
II. E.Məmmədovun öhdəsində olan elektrik avadanlığı müvəqqəti olaraq sex rəisi
Elçin Kazımova təhvil verilsin və təhvil-təslim aktla rəsmiləşdirilsin.
“Fidan” EİB-nin direktoru: Ə.Əliyev
MƏNBƏ: http://unec.edu.az/application/uploads/2015/06/ishguzar_cavab01az.pdf
Yorumlar
Yorum Gönder