Makroiqtisadiyyatın predmeti və metodu.Əsas makroiqtisadi göstəricilər
Makroiqtisadiyyatın predmeti
Makroiqtisadiyyat bütovlükdə iqtisadiyyatın fəaliyyətini öyrənən bir bölmə olmaqla makroiqtisadi hadisə və prosesləri tədqiq edir və onların arasında asıllıqları və qanunauyğunluqları aşkar edir. Onun tədqiq etdiyi iqtisadi problemlər: milli hesablar sistemi,iqtisadi artım, onun amilləri və templəri, iqtisadiyyatın tsiklik inkişafı, makroiqtisadi müvazinat,məşğulluq və işsizlik, qiymətlərin ümumi səviyyəsi, maliiyə-kredit münasibətləri, dövlətin iqtisadi siyasəti, milli iqtisadiyyatın dünya təsərrüfatına inteqrasiyası, iqtisadi təhlükəsizlik və sairdir. Belə ki, UMM və UDM-in həcmi və strukturunu, inflyasiyanın səbəblərini və tənzimlənməsi yollarını, tədiyyə balansını müəyyən edir. İqtisadi artımın mənbələrini, amillərini və həyata keçirilmə mexanizmini, milli iqtsiadiyyatın xarici iqtisadi əlaqələrini öyrənir. İqtisadi təhlükəsizliyin təmin olunması istiqamətlərini göstərir, iqtisadiyyata dövlətin müdaxiləsinin həddini, tənzimlənməsini və buna yönəldilmiş iqtisadi siyasətin mahiyyətini və s. məsələləri tədqiq və təhlil edir, iqtisadiyyatın perspektiv inkişaf istiqamətlərini əvvəldən görməyə imkan verir, gələcək iqtisadi proqnozları müəyyən edir.
Makroiqtisadiyyatın metodları
Makroiqtisadiyyat iqtisad elminin tərkib hissəsi olduğundan onun üçün xarakterik olan normativ və pozitiv, abstraktdan konkrete doğru, analiz və sintez, tarixi və məntiqi metodlar makroiktisadiyyat üçün də eynidir. Lakin onun model, dövran, aqreqat, müvazinat kimi özünəməxsus spesifik metodları da mövcuddur. Model metodu iqtisadi hadisə və proseslərin 2 qarşılıqlı əlaqəsini və onların funksional asılılığını həyata keçirir və bu mentiqi, qrafik, riyazi şəkildə tətbiq olunur.
Makroiqtisadi təhlilin aparılmasında statistik balans və riyazi metodlardan da istifadə olunur. Statistik metod milli iqtisadiyyatda baş verən proseslərin kəmiyyət və keyfiyyət tərəfini əks etdirir. Riyazi metod vasitəsilə iqtisadiyyatın bütün bölmələri arasında funksional asılılığı öyrənilir. Balans metodunda bütün bazarlarda istehsal və satışın, gəlir və xərclərin həcmi, məcmuu, tələblə məcmuu təklifin, əmanətlərlə investisiyalarla arasındakı uyğunluğun üzə çıxarılması mümkün olur. [1]
Makroiqtisadi göstəricilər
Müasir statistika sistemində makroiqtisadi göstəricilər iki hissəyə: iqtisadi və sosial göstəricilərə bölünür.
İqtisadi göstəricilərə daxil olanlar:
- ümumi daxili məhsul (ÜDM);
- sənaye məhsulunun həcmi, o cümlədən istehlak malları;
- bütün maliyyə mənbələri hesabına kapital qoyuluşları;
- podrat işlərinin həcmi;
- pərakəndə əmtəə dövriyyəsi (təşkil olunmamış qaydada idxalın və qarışıq, ərzaq və qeyri-ərzaq bazarlarında əhaliyə satışın həcminin ekspert qiymətləndirilməsi əsasında müəyyənləşdirilmiş həcmi nəzərə alınmaqla);
- pullu xidmətlərin həcmi (fiziki şəxslər tərəfindən göstərilən xidmətlərin ekspert qiymətləndirilməsi əsasında müəyyən edilmiş həcmi də nəzərə alınmaqla);
- nəqliyyat müəssisələrinin yük dövriyyəsi (kiçik avtonəqliyyat müəssisələri və kommersiya yüklərinin daşınması ilə məşğul olan sahibkar-fiziki şəxslərin daşıdığı yüklərin həcminin qiymətləndirilməsi də nəzərə alınmaqla);
- xarici ölkələrə əmtəələrin ixracı.
Sosial göstəricilərə daxil olanlar:
- sərəncamda olan real pul gəlirləri;
- bir işçinin orta aylıq nominal əmək haqqı;
- əmtəə və xidmətlərin istehlak qiymətləri indeksi;
- BƏT-in metodologiyasına, o cümlədən rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayına uyğun olaraq hesablanmış işsizlərin ümumi sayı (dövrün sonuna);
- minimum yaşayış səviyyəsindən aşağı pul gəlirləri olan əhalinin sayı (min nəfərlə və ya bütün əhaliyə görə %-lə); [2]
Ədəbiyyat:
[1]-http://unec.edu.az/application/uploads/2015/06/makro_cavab01az.pdf
[2]-http://statistika.nmr.az/menu/source/5/001.php
Yorumlar
Yorum Gönder