Əmək ehtiyatları və əmək potensialı


Əmək ehtiyatları dedikdə əmək bazarında işçi qüvvələrinin ehtiyatı nəzərdə tutulur. Əmək ehtiyatlarının əsas hissəsini əmək qabiliyyəti yaşında olan əhali təşkil edir.

Azərbaycanda əmək ehtiyatlarından səmərəli istifadə 2002-ci ildən sonra xüsusilə böyük vüsət almışdır. Belə ki, təsərrüfat sahələrındə məşğul olanların 40,1%-i kənd və meşə təsərrüfatında, 16,4%-i ticarət, ictimai iaşə, satış və tədarük sahələrində, 8,9%-i təhsil, elm, mədəniyyət və incəsənət sahələrində, 3,6%-i sənayedə çalışmışdır. 1990-2002-ci illərdə sənaye sahələrində, elm yə təhsil sahələrində, tikintidə, nəqliyyat və rabitədə işləyənlərin sayı azalmışdır. Bu dövrdə idarəetmə orqanlarında və ticarət sahələrində çalışanların miqdarı artmışdır. Hal-hazırda dövlətin həyata keçirdiyi xüsusi proqramlar nəticəsində bu fərq aradan qaldırılmaqdadır. [1]

Bazar iqtisadiyyatına keçid əmək ehtiyatlarından səmərəli istifadə olunmasının,bütün imkanların nəzərə alınmasını tələb edir. Bu problemlərin həllində iş yerinin attestasiyası və səmərələşdirilməsi çox mühüm rol oynayır. Çünki iş yerlərinin attestasiyası və bunun nəticəsində onun səmərələşdirilməsi əmək məhsuldarlığının yüksəldilməsinə, məhsulun keyfiyyətinin yüksəlməsinə, əsas fondlardan səmərəli istifadə edilməsinə, iş yerlərinin işçi qüvvəsiylə təmin edilməsinə bilavasitə təsir edir. [2]

Respublikamızın bəzi rayonlarında əmək ehtiyatlarının çatışmamazlığı, digərlərin isə artıqlığı müşahidə olunur. Əmək ehtiyatlarına demoqrafik vəziyyətin güclü təsiri mövcuddur. Respublikamızda ötən illər ərzində əhalinin artım sürəti azalmışdır. Bu prosesin səbəblərini əsasən Ermənistanın Azərbaycana hərbi təcavüzü, eləcə də gənclərin respublikadan miqrasiyası ilə izah etmək olur. Daxili və xarici miqrasiyalar respublika üzrə əmək ehtiyatlarının paylanmasında mütənasiblik prinsiplərinin pozulmasına təsir göstərir. 1989-cu ildən başlayaraq respublikada miqrasiya daha intensiv inkişaf etməyə başlamışdır. Buna bir tərəfdən məlum hadisələr zəminində baş vermiş milli münaqişələr, digər tərəfdən isə daha da ağırlaşmış sosial problemlərin təsiri altında dolanışıq məqsədi ilə əsasən Rusiyaya və keçmiş SSRİ-nin digər respublikalarına, habelə xarici ölkələrə gedənlərin sayının sürətlə artması böyük təsir göstərmişdir. Bu səbəbdən, respublikanın şəhər və kəndlərində əmək ehtiyatlarının sayı azalmışdır. Bölgələrdə bəzən bəlli bir layihələr həyata keçirilərkən, inşaat, emal və ya istənilən digər sahələr üzrə kifayət qədər mütəxəssis tapmaq qeyri-mümkün olur. Bakı şəhəri daha çox inkişaf etdiyindən daxili miqrasiya şəraitində bacarıqlı kadr ehtiyatları paytaxta toplanıb. Kəndlərdə əmək ehtiyatlarının səviyyəsinin aşağı düşməsinə işçilər üçün iş və istirahət şəraitinin yaradılmaması, yeni texnologiyaların tətbiq edilməməsi, əməyin mühafizəsinin norma və qaydalarına riayət olunmaması, peşəyönümü istiqamətində daha məqsədəuyğun tədbirlərin hazırlanmaması və ən başlıcası yeni iş yerlərinin yaradılmasının lazımi səviyyədə olmamasıdır. Gələcəkdə yeni iş yerlərinin yaradılması üçün sənaye müəssisələrini, onların filiallarını və sexlərini kiçik şəhərlərdə, şəhər tipli qəsəbələrdə, əhalisi çox olan kəndlərdə təşkil etmək daha məqsədəuyğun olardı və bu kənd yerlərindən gedənlərin axınının qarşısının alınmasına öz müsbət təsirini göstərə bilər.

Mütəxəssislər cəmiyyətin potensial göstəricisidir. Dövlət məşğulluq siyasətinin mərkəzində məhz bu amil - hazırlıqlı kadr yetişdirmək vəzifəsi dayanmaqdadır. Əmək ehtiyatlarından daha
dolğun istifadə etmək və əhalinin səmərəli məşğulluğunu təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)" təsdiq olunmuş, Məşğulluq Strategiyasının reallaşdırılmasını təmin edən Dövlət Proqramı hazırlanmış və bu sənəd respublika Prezidentinin 2007-ci il 15 may tarixli sərəncamı ilə təsdiq edilmişdir.

Kadr hazırlığı heç vaxt rəqabət qabiliyyətini itirmir, əksinə, getdikcə daha da artırır. İnkişaf etmiş ölkələrin təcrübəsindən məlumdur ki, dünya bazarında gedən rəqabət prosesində yalnız yüksək səviyyəli kadrlara malik olan ölkələr qalib gəlirlər. İnsana kapital qoyuluşu, yəni onun mütəxəssis kimi hazırlanmasına qoyulan investisiyalar dünya təcrübəsində ən çox gəlir gətirən investisiya sahəsi kimi dəyərləndirilir. İxtisaslı və peşəkar kadrlar hər hansı müəssisə və ya təşkilatın dəyərli resurslarından biri sayılır. [3]

Ədəbiyyat:
[1]- http://www.azerbaijans.com/content_443_az.html
[2]- MƏHƏMMƏD ƏLİYEV,HƏMİD HƏMİDOV,İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ,SƏHİFƏ 185.
[3]- https://az.wikipedia.org/wiki/%C6%8Fm%C9%99k_ehtiyatlar%C4%B1

Yorumlar

Bu blogdaki popüler yayınlar

Xasiyyətnamə və tərcümeyi-hala aid nümunələr yazmaq

Müasir Azərbaycan dilinin işgüzar üslubu barədə material hazırlamaq

Əmr və əmrdən çıxarış mövzusuna aid nümunələr