Qiymətəmələgəlmədə marketinq prinsipi


Qiymət mürəkkəb iqtisadi kateqoriya kimi cəmiyyətdə praktik olaraq əsas iqtisadi münasibətləri əks etdirir.Bu prosesə hər şeydən əvvəl məhsul istehsalı və satışı,onun dəyərinin formalaşması və həmçinin dəyər ifadəsində yığım fondlarını yaranması,bölüşdürülməsi və istifadə edilməsi aiddir. Odur ki, burda ilkin olaraq belə qənaətə gəlmək mümkündür ki,qiymət bütövlükdə yalnız əmtəə - pul münasibətləri sferasında təzahür edir.

Qiymətin əmələ gəlməsi - əmtəə və xidmətlərin formalaşması prosesidir.İqtisadi praktikada qiymətin əmələ gəlməsinin və qiymət qoymanın iki əsas sistemi mövcuddur:

-bazar qiymət qoyması əmtəə və xidmətlərə olan tələb və təklifin qarşılıqlı təsirinin bazası əsasında formalaşır;

-mərkəzləşdirilmiş dövlət qiymətqoyması dövlət orqanları tərəfindən müəyyən edilir. [1]

Marketinqin əsas məqsədi istehlakçıya yönümlülük, istehlakçının və cəmiyyətin tələbatının ödənilməsi şərti ilə mənfəət əldə etmək, daha effektli marketinq tədbirləri ilə müəssisənin başlıca məqsədinə nail olmaqdır. Marketinqin məqsədi aşağıdakı tələblərə cavab verməlidir:

1. Marketinqin məqsədini müəyyən edən, qərar qəbul edən şəxslər məqsədin qiymətləndirməsini nəzərə almalıdırlar.

2. Marketinqin məqsədi dəqiq müəyyən edilməlidir.

3. Marketinqin məqsədi real olmalıdır.

4. Marketinqin məqsədi ölçülə və müqayisə edilə bilən olmalıdır.

5. Marketinqin məqsədi yazılı şəkildə rəsmiləşdirilməlidir. [2]

Qiymətin əmələ gəlməsinin bazar mexanizmi qiymətlərin dövlət tənzimlənməsi mexanizmi ilə əlaqələndirilir. Uzunmüddətli plandakı qiymətlər müəyyən əmtəə istehsalı üçün lazım olan məsrəflər əsasında yaradılırlar. Cari planda isə konkret əmtəənin qiyməti (yəni alıcının onu satın alması üçün ödəməli olduğu pul məbləği) bazar situasiyasının təsiri altında formalaşır və dəyişə bilər.

Əmtəənin istehsalında və satışında ümumi əlavə mənfəət əldə etmək üçün qiyməti formalaşdıraraq iki amili nəzərə almaq lazımdır: istehsal xərclərini və bazar vəziyyətini. Tələbat təkcə statistik deyil, həm də dinamik hadisədir. Buna görə mənfəət əldə etmək üçün tələbatın təkcə cari əhəmiyyətini deyil, həm də onun gələcək əhəmiyyətini də diqqətdə saxlamaq lazımdır.

Qiymət əmələ gəlməsinin iki amilinin uçotu marketinqin əsas prinsipinə uyğun gəlir: nə istehsal olunursa satmamalı, nə satılırsa onu istehsal etməli.

K. Marks nəzəriyyəsinə görə dəyərin əsasında məhz bir istehsal amili - əmək durur. Lakin müasir iqtisadi təlimlər bu məsələni bir qədər başqa cür şərh edirlər.

İngilis iqtisadçısı A.Marşal tərəfindən işlənib hazırlanmış marjinal dəyər nəzəriyyəsi adlanan nəzəriyyəyə görə, qiymət satıcı və ödəniş qabiliyyətli alıcı ehtiyacları arasında orta kəmiyyət kimi deyil, onlar arasında kompromis (qarşılıqlı güzəştlə razılaşma) kimi formalaşır. Bu kompromis bazar vəziyyətindən (konyunkturasından) asılı olaraq, həm satıcı ehtiyaclarına, həm də alıcının ödəniş qabiliyyətinə yaxın ola bilər.

Marjinal qiymət nəzəriyyəsinin əsas prinsipləri aşağıdakılardır:

1) tələb və təklifin eyni əhəmiyyətli qiymətyaradıcı amillər kimi etirafı;

2) bazarda tarazlığın təmini;

3) tələb və təklif nisbətinin nəzərə alınması.

Beləliklə, əmtəə qiyməti bu əmtəənin faydalılığı və ondan istifadədən irəli gələn nemətlərin tədavül prosesində təzahür edən pulla ifadəsidir. [3]

Ədəbiyyat:

[1]- referat.ilkaddimlar.com

[2]-http://www.facemark.az/index/news/marketinqin-meqsedleri-funksiya-ve-prinsipleri

[3]-A.D.Çudakov,Qiymətlər və qiymətin əmələ gəlməsi,Bakı 2009,səhifə 14,15

Yorumlar

Bu blogdaki popüler yayınlar

Xasiyyətnamə və tərcümeyi-hala aid nümunələr yazmaq

Müasir Azərbaycan dilinin işgüzar üslubu barədə material hazırlamaq

Əmr və əmrdən çıxarış mövzusuna aid nümunələr