Azərbaycanda biznes infrastrukturunu təşkil edən sərbəst bazarların formalaşması və inkişafı



Biznes infrastrukturunda onun fəaliyyət göstərməsi üçün şərait yaradan qurumlar, daha doğrusu, dolayı iştirakçılar dedikdə, aşağıdakıları nəzərdə tuturuq:

- Milli Məclis;- Nazilər Kabineti;- İqtisadi İnkişaf Nazirliyi;- Maliyyə Nazirliyi;- Vergilər Nazirliyi;- Dövlət Statistika Komitəsi;-Qiymətli Kağızlar üzrə Komitə;- Auditorlar Palatası;- Hesablma Palatası;- Ticarət-Sənaye Palatası;- Müxtəlif peşəkar cəmiyyətlər və fondlar;- Elmlər Akademiyası;- sahə elmi-tədqiqat institutları.

Biznes infrasrukturuna daxil olan müstəqil bazarların funksiyalarını aşağıdakı kimi qruplaşdırımaq olar:

1. Bazar subyektlərinin mənafelərinin həyata keçirilərməsini xeyli asanlaşdırır.

2. Bazar subyektlərini fəaliyyət mexanizminin çevikliyini və etibarlılığını artırır, onun operativliyini və səmərəliliyini yüksəldir;

3. Bazar münasibətlərinin təşkilati səviyyəsinin optimallığını təmin etmək və təkmilləşdirmək məqsədilə bazar subyektlərinin əlaqələndirmə mexanizminə hüquqi və iqtisadi nəzarəti həyata keçirir;

4. Bazar subyektlərinin işgüzarlıq fəaliyyətini stimullaşdırmaq məqsədilə dövlətin iqtisadi tənzimləmə metodlarından və ictimai tənzimləmə vasitələrindən istifadə edir. [1]

Azərbaycan Respublikasında da kiçik biznesin inkişafı sahəsində mütərəqqi addımlar atılır və onun inkişaf strategiyası dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Bununla belə, sahibkarlıq və biznes sahəsində innovasion biliklərin nisbi məhdudluğu və müvafiq biznes infrastrukturunun müasirlik baxımından yetərli olmayan təkmilliyi bu sferada irəliləyişləri bir qədər ləngidir. Bu baxımdan respublikamızda da kiçik biznesin normal inkişafı üçün müvafiq infrastrukturun və sahibkar biliyinin təkmilləşməsi zərurətləri artır.

İşgüzar münasibətləri ümumi məxrəcə gətirən təşkilati hüquqi formalar məcmusu kimi biznes infrastrukturu çıxış edir. Biznes infrastrukturu kredit, gömrük sistemi, kommersiya bankları, fond, valyuta, əmtəə, xammal, əmək birjalarında vasitəçilik təşkilatlandırılması, qeyri-birja vasitəçiliyi, auksionlar, vergi sistemi, sığorta, reklam, auditor, konsaltinq kompaniyaları, informasiya agentlikləri və kütləvi informasiya vasitələri, ticarət palataları, fondlar və digər müvafiq təsisatlarla əhatə olunur.

Biznesin məqsəd və məramı onun xarakteri və inkişaf dərəcəsindən asılı olaraq müxtəlifdir. Lakin burada mənfəətin alınması, biznesin inkişafı üçün zəruri vəsaitin yığımı, cəmiyyətə lazımi əmtəə və xidmətlərin təqdimatı, sahədə və bazarda qabaqcıl mövqelərə nail olmaq, istehlakçıların tələblərini optimal təmin etmək, öz işçilərinə fəallıq və səriştə yaratmaq imkanlarını vermək kimi ümumi prinsipial istiqamətlər mövcuddur. Biznes məqsədli ifadəsini həm də konkret fəaliyyət istiqamətini müəyyən edən məsələlərdə, təyin olunmuş zaman çərçivəsində keyfiyyət və kəmiyyətlə bağlı tapşırıqlarda tapır.

Sahibkarlıq fəaliyyətinin əsas növlərini əhatə edən kiçik biznes də istehsal, kommersiya və maliyyə növlərinə ayrılır.

Biznes və ya işgüzar münasibətlər bütün biznesmenləri və onların fəaliyyətini ümumi cəm edən bir sistem təşkil edir. Biznes sistemi işgüzar münasibətlərin subyekti, biznes infrastrukturu idərəetmə sistemi /menecment/, kontragentlərin öyrənilməsi /marketinq/, fəaliyyətin qiymətləndirilməsi /pullar/ və inkişafın daxili şəxsi impulslarına malikliyini /rəqabət/ əhatə edir. Sahibkarlar, istehlakçılar, muzdla işləyənlər və dövlət strukturları biznesin subyektlərini təşkil edir və aşağıdakı təsnifatla xarakterizə olunur. [2]

İnfrastruktur əsas maddi istehsal sahələrinə, sənayeyə, kənd təsərrüfatına, tikintiyə, əhaliyə xidmət edən təsərrüfat sahələrinin (nəqliyyat, şose yolları, dəmiryol xətləri və su bərələri, kanal, liman, boru kəmərləri, anbar və s. tikililər, enerji və qaz təsərrüfatı, ticarət, maddi-texniki təchizat, rabitə və telekommunikasiya sistemləri, su təchizatı, kanalizasiya, ümumi və peşə təhsili, elmə və səhiyyəyə çəkilən xərclər və s.) məcmusudur. Bunlara bəzən sabit sərmayələr də deyilir. Bu sahələrə bir çox hallarda təhsil, səhiyyə, kitabxana xidməti və s. sahələr də əlavə edilir. Təyinatından göründüyü kimi, infrastruktura qoyulan xərclər tezliklə qazanc gətirmir. Bu səbəbdən də həmin sahələrə sahibkarlar çox vaxt maya qoyuluşundan çəkinirlər. Odur ki, belə sahələri inkişaf etdirmək əsasən dövlətin üzərinə düşür. Öz imkanı olmadığı hallarda dövlət bu sahəni inkişaf etdirmək üçün çox zaman Dünya Bankından uzunmüddətli kreditlər alır. Xüsusilə əhali miqrasiyasının qarşısının alınması, yeni ərazilərin istifadəyə verilməsi ilə bağlı məsələlərin həllində infrastrukturun daha sürətli inkişafı planlaşdırılır.

Ölkədə infrastruktur iki qrupa bölünür: a) istehsal infrastrukturu (bu, bilavasitə maddi istehsal sahələrinə xidmət göstərir); b) sosial infrastruktur (buraya ümumi və peşə təhsili və səhiyyə daxildir). İstehsal infrastrukturuna daxil olan sahələrin heç biri məhsul istehsal etmir, lakin istehsal prosesini bunlarsız davam etdirmək mümkün deyil. Yeni ərazilərin istifadə edilməsi, hər şeydən əvvəl, istehsal infrastrukturunun yaranmasını tələb edir. Sosial infrastruktur əhaliyə xidmət edən idarələr, qurğular sistemidir (məsələn, sərnişin nəqliyyatı, əhaliyə məişət xidməti idarələri və s.). İqtisadiyyatın inkişafının səmərəliliyi, əhalinin həyat şəraitinin yaxşılaşması bilavasitə infrastrukturun inkişaf səviyyəsindən asılıdır. Beləliklə, ölkədə iqtisadi-sosial inkişafın təmin edilməsində infrastruktur mühüm rol oynayır.

Biznes infrastrukturundan danışarkən isə bazar infrastrukturunun başlıca tərkib ünsürlərindən olan banklar, birjalar, konsaltinq biznesi ilə məşğul olan sahələr haqqında danışmalıyıq. [3]

Ədəbiyyat:

[1] ADİU, tələbə kabinetinə yüklənilən tədris materialından

[2] http://www.elshanhajizadeh.com/az/article-view/7/82/

[3] referat.ilkaddimlar.com/d_pdf_refe_ekono_5416.pdf

Yorumlar

  1. Mənə 5.000.000.00 ABŞ dolları məbləğində kredit verən kredit şirkəti digər kredit investorları mənim təklifimi laqeyd etsələr də mr benjamin lee mənə müvəffəqiyyət borcu verərlər. Onlar birbaşa kredit maliyyələşdirmə və investisiya baxımından layihədədirlər. kapital bazarları fondlarına çıxış əldə etmək istəyən şirkətlərə və şəxslərə maliyyələşdirmə həlləri təqdim edir, layihənizi maliyyələşdirməyə və ya işinizi genişləndirməyə kömək edə bilərlər .. E-poçt Əlaqə :::: Lfdsloans@outlook.com və ya da yazın
    whatsapp nömrəsi + 1- (989-394-3740)

    YanıtlaSil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Xasiyyətnamə və tərcümeyi-hala aid nümunələr yazmaq

Müasir Azərbaycan dilinin işgüzar üslubu barədə material hazırlamaq

Əmr və əmrdən çıxarış mövzusuna aid nümunələr