Heyətin əməyinin təşkili-əmək ehtiyatlarından istifadənin səmərəliliyinin yüksəldilməsinin sosial-texniki-texnoloji amili və şərti kimi
İnsan resurslarının inkişaf etdirilməsi, personalın təşkilata girişindən ayrılana qədər keçən müddətdə, onun əməyinin məhsuldarlığını artırılması üçü nidarəetmə səviyyəsində edilən səylərin hamısı təyin oluna bilər. İnsan resurslarının inkişaf etdirilməsində,təşkilatların ehtiyacları və izləmiş olduğu siyasət əhəmiyyətli rol oynamaqdadır. Xüsusilə ticarət sahəsində fəaliyyət göstərən təşkilatlar üçün təhsil və inkişaf fəaliyyətlərini,minimum xərclə və professional şəxslərə keyfiyyətli bir şəkildə etdirmək əhəmiyyətlidir.Çünki ticarət təşkilatlarda, edilən ödəmə nəticəsində əldə ediləcək nəticə və heyətə qazandırılacaq informasiya və bacarıq olduqca əhəmiyyətlidir. Eyni anlayışın ictimai təşkilat və quruluşlarına da qazandırılması, bu sektorlarda təşkilati məhsuldarlıq baxımından çox əhəmiyyətlidir. Bu məqsədlə bütün təşkilatlar,daxilində insan resurslarının məhsuldarlığını artırmaq məqsədi ilə zəruri vahidi qurmaq məcburiyyətindədirlər.
İnsan resurslarının inkişaf etdirilməsində heyətin əməyinin səmərəliliyinin qiymətləndirilməsinin əhəmiyyətli bir yeri vardır. İdarə, təşkilatın məqsədlərinin həyata keçirilməsində personalın yardım dərəcəsi haqqında məlumatlanmağa və təşkilatı inkişaf etdirmək üçün lazımlı qərarları almaq məcburiyyətindədir. Beləcə təşkilatın dinamik quruluşunu meydana gətirən insan resursunun inkişaf etdirilməsi, mükafatlandırılması,cəzalandırılması kimi, inkişafa sürükləyici və istiqamətləndirici tədbirlər xüsusiyyətində qərarlar alınması mümkündür.
Heyətin əməyinin səmərəliliyinin qiymətləndirilməsi ümumi mənada məqsədli və planlaşdırılmış bir fəaliyyət nəticəsində əldə ediləni,əsas əhəmiyyət olaraq təyin edən bir anlayışdır. Bir iş sisteminin fəaliyyəti, müəyyən bir zaman nəticəsindəki xərci ya da iş nəticəsidir. Bu vəziyyətdə heyətin əməyinin səmərəliliyinin qiymətləndirilməsi, təşkilat məqsədlərinə nail olmaq üçün göstərilən bütün səylərin qiymətləndirilməsi olaraq da təyinoluna bilər. Qiymətləndirmə, "ölçmənəticələrini bir meyar olaraq, ölçülən xüsusiyyət haqqında bir dəyər mühakiməsinə çatma müddəti" olaraq təyin oluna bilər. Heyətin əməyinin səmərəliliyinin qiymətləndirilməsi isə, bir idarəçinin əvvəldən müəyyən olunmuş standartlara müqayisə və ölçmə yolu ilə personalın işdəki əməyininin səmərəliliyinin qiymətləndirilməsi müddətidir.
Heyətin əməyinin səmərəliliyinin qiymətləndirilməsi ilə,şəxsə yolu ilə təhsil ehtiyacı planlanaraq, hansı inkişaf etdirmə fəaliyyətlərinin ediləcəyi mövzusunda ümumi bir məzmun müəyyən edilir və inkişaf etdirmə ehtiyacı spesifik olaraq təyin olunar. Bunun nəticəsində personeldəki çatışmazlıqlar ortaya qoyularaq, çatışmazlıqlar aradan qaldırılması üçün hansı spesifik təhsil fəaliyyətlərinin təşkil edilməsi lazım olduğu qərarlaşdırılır.Performansı qiymətləndirmədə mərkəz nöqtəsi insan elementidir. Çünki təşkilatı təşkil edən maddələrin başında fərd gəlir. Təşkilatın effektivliyi,üzvü olan şəxslərin əməyinin səmərəliliyinin qiymətləndirilməsinin törəməsidir. Personalın işdəki məhsuldarlığını artırmaq və davam etdirə bilmək üçün təşkilatda etibarlı bir səmərəlilik ölçmə və qiymətləndirmə sisteminin yaradılması lazımdır. [1]
Müəssisədə heyətin idarəedilməsi – individuumun xarici mühitə adaptasiyası ilə bağlı geniş spektrli suallarını və müəssisənin heyətinin idarəedilməsi sisteminin qurulmasının şəxsi faktorunun uçotunu ümumiləşdirməyə və reallaşdırmağa imkan verən fəaliyyət sahəsidir.
Heyətin idarəedilməsinin metodları aşağıdakılardır:
- İnzibati metod
- İqtisadi metod
- Sosial - psixoloji metod
Ümumilikdə qeyd etmək lazımdır ki, müəssisələrdə heyətin qarşısında duran bir sıra vəzifə və öhdəliklər vardır ki, onların yerinə yetirilməsi yuxarıda qeyd etdiyimiz siyasətin inkişaf etdirilməsində kifayət qədər səmərəli ola bilər. Heyətin gəlirləri də məhz həmin işlərin yerinə yetirilmə səviyyəsindən, həcmindən, habelə, firmanın istənilən fəaliyyətindən asılıdır.
Əmək ehtiyatlarından istifadənin iqtisadi səmərəliliyinin yüksəldilməsinə təsir göstərən amillərdən biri də iş vaxtından düzgün istifadə edilməsidir.İş vaxtından səmərəli istifadə edilməməsi və iş vaxtı itkisinə yol verilməsi müəssisənin məhsul buraxılışı həcminin artırılması imkanını azaldır və əmək məhsuldarlığının yüksəldilməsinə mənfi təsir göstərir.Bu zaman müəssisə istehsal planının yerinə yetirilməsi üçün normal vəziyyətdə tələb olunandan artıq işçi qüvvəsi saxlamaq məcburiyyətində qalır ki,bu da təsərrüfat fəaliyyəti üçün mənfi hal hesab olunur.Bütün bunlarda əlaqədar olaraq əmək iş vaxtından istifadə edilməsinin vəziyyəti iqtisadi təhlili köməyi ilə dərindən öyrənilməlidir.
Əmək resurslarından istifadə ilk növbədə iş vaxtı fondundan istifadə dərəcəsindən asılıdır.Hesabat dövrü ərzində mövcud əmək resurslarından istifadə bütün işçilər tərəfindən,bir fəhlə tərəfindən işlənmiş adam-günlərinin və saatlarının miqdarına görə qiymətləndirilir. [2]
Ədəbiyyat:
[1] Məmmədli Şəmxanın 8 nömrəli "Heyətin əməyinin səmərəliliyinin qiymətləndirilməsi" adlı sərbəst işindən
[2] Kərimov Mahirin 2 nömrəli "Heyətin əməyinin təşkili" adlı sərbəst işindən
Yorumlar
Yorum Gönder