İqtisadi fəaliyyətin nəticələrinin ölçülməsi


Makroiqtisadi proseslərin təhlili və tədqiqi iqtsiadi fəaliyyətin nəticələrini qiymətləndirməyə, neqativ hadisələri üzə çıxarmağa, iqtisadi siyasət işləyib hazırlamağa kömək edir və müəyyən nəzəri konsepsiyalar əsasında proqnozlar maddiləşdirilir.

Makroiqtisadiyyat iqtisadi sistemin ümumi qanunauyğunluqlarından irəli gələn hadisə və prosesləri öyrənirsə, milli iqtisadiyyat ayrı-ayrı dövlətlərin inkişafını xüsusiyyətlərindən irəli gələn spesifik qanunauyğunluqları öyrənir. Buna görə də milli iqtisadiyyatın inkişaf səviyyəsi, iqtisadi sistemin necə fəaliyyət göstərməsini əks etdirir. [1]

Müasir zamanda bazar iqtisadiyyatının hərtərəfli inkişafında sahibkarlığın təşkili, inkişaf mərhələləri, sahibkarlığın əhatə etdiyi sahələri, onun fəaliyyət növləri, formaları, sahibkarlığın və milli inkişafında özəlləşdirmənin roluna geniş yer ayrılır və ətraflı göstərilir.

Hər bir fəaliyyətinin nəticəsi onun səmərəlilik göstəricisi ilə ölçülür və qiymətləndirilir. Bu səbəbdən tədqiq olunan materiallardan iqtisadi səmərəliliyinin mahiyyəti və meyarı, onun ümumi (mütləq) və müqayisəli (nisbi) göstəriciləri açıqlanır, onların hesablanması və yüksəldilməsi yolları izah olunub. Dərs vəsaitinin sonrakı mövzusunda idarəetmə mexanizmi və onun ünsürlərindən, idarəetmə prosesi və sistemlərindən, idarəetmənin funksiyalarından və onların təsnifatından, idarəetmə strukturundan və onun formalaşdırılmasından, müəssisələrdə institutsional islahatlardan, idarəetmənin informasiya və sənədlərlə təminatından, idarəetmə qərarları və onların optimallaşdırlmasından danışılır.

Ayrı-ayrı müəssisə, firma və ya sahə üçün əmək haqqı fondunun istehsal fəaliyyətinin ümumi yekunları ilə ölçülməsi deməkdir. Buna görə də əmək haqqı fondunun istehsalın həcminə görə planlaşdırılması və əmək haqqı fondunun sərf edilməsi üzərində ciddi nəzarət qoyulması xüsusi ilə vacibdir.

Müəssisələrin istehsal təsərrüfat fəaliyyətində maliyyənin əhəmiyyətli rolu mövcuddur. Təsərrüfat hesablı sənaye müəssisələrinin maliyyəsi pul münasibətlərinin planlı surətdə təşkil olunmuş sistemlərindən ibarətdir ki, bu da pul vəsaitinin alınması və ondan istifadə edilməsi ilə əlaqədardır. Sənaye müəssisələri öz istehsal təsərrüfat fəaliyyətini həyata keçirərkən puldan geniş istifadə edirlər. Müəssisələr istehsala sərf olunan xərcləri və onun nəticələrini pul formasında ölçür, özlərinə lazım olan istehsal vasitələrini pulla satın alır və öz hazır məhsulunu pulla realizə edirlər. [2]

İqtisadiyyatın ən mühüm göstəricilərindən biri olan ÜDM-da da iqtisadi vahidlərin-rezidentlərin istehsal fəaliyyətinin son nəticəsini əks etdirilir və həmin vahidlər tərəfindən son istehlak üçün istehsal olunmuş əmtəə və xidmətlərin dəyəri ilə ölçülür. O, özündə sahələrin ümumi əlavə dəyərinin cəmini, üstəgəl ona daxil edilməyən məhsula təmiz vergini əks etdirir. [3]

İqtisadi inkişafın qeyri- sabitliyi iqtisadi fəaliyyətin bütün sahələrini əhatə etməklə yanaşı, istehsalın həcminə, məşğulluğa daha qabarıq şəklində öz təsirini göstərir. İqtisadi inkişafın qeyri- sabitliyi vaxtaşırı, müntəzəm, proqnozlaşdırılan xarakter alırsa iqtisadi tsikl adlanır. Uzun tarixi dövrlər üçün iqtisadi inkişafın qeyri- sabitliyi zamanı baş verən iqtisadi tsikllər bir- birindən köklü surətdə fərqlənirlər. Bəzi iqtisadçılar iqtisadi inkişafın qeyri- sabitliyinin vaxtaşırılığının, müntəzəmliyinin, proqnozlaşdırılmasının pozulduğu hallarda baş verməsini iqtisadi tərəddüdlər adlandırırlar. İqtisadi inkişafın qeyri- sabitliyini xarakterizə edən iqtisadi tərəddüdlər işgüzar fəallıqdakı dəyişikliklərlə səciyyələnir. Bu konsepsiyanın tərəfdarları göstərirlər ki, mühüm texniki yeniliklərin tətbiqi investisiya və istehlak xərclərinə əsaslı təsir göstərməklə onlar vasitəsilə istehsala, məşğulluğa və qiymətlərin səviyyəsinə də biganə qalmır.  [4]

Bu mövzuda dövlət borclarından da bəhs etmək olar. Burada xarici borc xüsusi diqqət tələb edir. Çünki bu borc üzrə tədiyələr ölkənin xarici iqtisadi fəaliyyətindən daxil olan gəlirlərin təqribən 20-30%-ni təşkil edirsə, deməli, xaricdən yeni borcun alınması çətinləşir. Daha doğrusu, ya borc vermək istəmir, yaxud da girov tələb etməklə onu yüksək faizlə verirlər. [5]

Dövlət borcu-hökümətin əhaliyə borclu olduğu məbləğdir. Dövlət büdcəsi kəsirə malik olduqda dövlət borcu artır. Əgər büdcə kəsiri vardırsa, o, vergidən daxil olmalarla ödənilmirsə, hökümət xərclərini ödəmək məqsədi ilə kredit götürməyə məcburdur. Büdcə artıqlığı mövcud olduqda hökümət əhali ilə hesab-laşır, yəni öz borclarını ödəyir. Hökümətin borcları gələcəkdə ödənilməsi vəd edilmiş borcdur. Bəs hökümət gələcəkdə bu borcları ödəyə biləcəkmi və bu sahədə nə etmək olar? Ən çox ya-yılmış baxış ondan ibarətdir ki, dövlət borcu - iqtisadiyyatın normal fəaliyyətini mürəkkəbləşdirən ağır yükdür. Hökümətin borcu son nəticədə vergi ödəyicilərinin borcudur. Lakin bu səviy- yədə ciddi narahatçılığa ehtiyac yoxdur. Dövlət borcu əksər halda özümüzün - özümüzə olan borcumuzdur. Bütün əhali əslində dövlət bocunun daşıyıcıları və borclularıdır. Onların ödədikləri vergilər özlərinin özlərinə verdikləri faizlər, yaxud borcun məbləğidir. Belə yanaşma xariclər istisna olunmaqla borcu yox edir. [6]


Ədəbiyyat:

[1] http://unec.edu.az/application/uploads/2015/06/makro_cavab01az.pdf  Səhifə 2,3

[2] http://cavanshirmahmud.blogspot.com/2014/12/mussisnin-iqtisadiyyat.html

[3] http://statistika.nmr.az/menu/source/5/001.php

[4] http://www.azkurs.org/fenn-makroiqtisadiyyat-movzu-umumi-teleb-ve-teklif-makroiqtisa.html?page=8

[5] http://kayzen.az/blog/ekonomiks/8195/d%C3%B6vl%C9%99t-b%C3%BCdc%C9%99sinin-mahiyy%C9%99ti-v%C9%99-qurulu%C5%9Fu.-b%C3%BCdc%C9%99-k%C9%99siri-v%C9%99-d%C3%B6vl%C9%99t-borcu.html

[6] referat.ilkaddimlar.com/d_pdf_refe_ekono_2013.pdf  Səhifə 49

Yorumlar

Bu blogdaki popüler yayınlar

Xasiyyətnamə və tərcümeyi-hala aid nümunələr yazmaq

Müasir Azərbaycan dilinin işgüzar üslubu barədə material hazırlamaq

Əmr və əmrdən çıxarış mövzusuna aid nümunələr