İqtisadi proseslərin iqtisadi-riyazi modelinin yazılmasına aid məsələ


İqtisadi proseslərin və ya obyektlərin riyazi modellərini qısaca iqtisadi–riyazi modellər adlandırırılar. Bu modellər iqtisadi proseslərin qanunauyğunluqlarını riyazi münasibətlərin köməyi ilə abstrakt şəkildə ifadə edir.

Təyinat məqsədinə görə iqtisadi-riyazi modellər iki tipə bölünür: nəzərianalitik və tətbiqi modellər. Nəzəri- analitik modellər iqtisadi proseslərin ümumi xassələrinin qanunauyöunluqlarının tədqiqində, tətbiqi modellər konkret iqtisadi məsələlərin həllində isifadə edilir.

Riyazi modellərin ümumi təsnifatına uyğun olaraq, iqtisadi-riyazi modellərdə struktur və funksional modellərə, həmçinin aralıq forma olan struktur-funksional modellərə ayrılır. Planlaşdırmada və idarə etmədə obyektlərin daxili quruluşunu və altsistemlərin qarşılıqlı əlaqəsini bilməyin böyük əhəmiyyəti var. Ona görə də iqtisadiyyatda tez-tez struktur və struktur-funksional modellər tətbiq olunur. Struktur modellərin tipik nümunəsi sahələrarası əlaqələr modelidir. Funksional modellər iqtisadi tənzimləmədə tətbiq edilir. Bu zaman obyektin fəaliyyətinə “giriş” parametirlərini dəyişməklə təsir edilir. Əmtəə-pul münasibətləri şəraitində istehlakçıların davranışı modeli belə modeldəndir. İqtisadi tədqiqatlara prinsipcə müxtəlif yanaşma tərzinə görə deskriptiv və normativ modelləri fərqləndirirlər. Deskriptiv modellər müşahidə olunan hadisələri yalnız izah edir və ya passiv proqnoz verir, obyekt necədir? nədən ibarətdir? Və ya nə cür inkişaf edər? suallarını cavablandırır. Normativ modellər məqsədyönlü fəaliyyəti əsas tutur, obyekt necə olmalıdır, necə qurulmalıdır? Və ya necə fəaliyyət göstərməlidir? suallarını cavablandırır. Normativ modellərə optimal planlaşdırma modelləri nümunə ola bilər. Bəzi istehsal funksiyaları və istehlakçının tələb funksiyaları deskriptiv modellərdəndir.

İqtisadi-riyazi modelin deskriptiv yaxud normativ olması təkcə onun riyazi strukturunun deyil, bu modelin istifadə olunma xarakterindən də asılıdır. Məsələn sahələrarası balans modeli keçmiş dövrün təhlili yaxud passiv proqnoz üçün istifadə edilərsə, deskriptiv hesab olunur. Həmin riyazi model xalq təsərrüfatının inkişafının balanslaşdırılmış variantlarının hesabatı üçün tətbiq olunursa, onda normativdir.

Səbəb-nəticə əlaqələrinin əks etdirilməsi xarakterinə görə sərt determinist modelləri və təsadüfi, qeyri -müəyyən amilləri nəzərə alan modelləri ayırırlar. Determinist modellər iqtisadi hadisələrin tamamilə müəyyənliyinə əsaslanır. Ehtimallı adlanan ikinci tip modellərin ifadə etdiyi proseslərin nəticələri təsadüfü kənar amilərin təsindən aslıdır və onu bu və ya digər dərəcədə öncədən görmək olar. Bəzən planlı təsərrüfatı determinə olunmuş qəbul edirlər. Lakin, iqtisadi sistemlərə ehtimalla yanaşmaq məsləhətdir. Ehtimallı iqtisadi sistemlərin modelləri iqtisadi – statistik üsulların tətbiqini tələb edir.

Zaman amilinə görə iqtisadi – riyazi modellər statik və dinamik modellərə bölünür. Statik modellər iqtisadi sistemin müəyyən andakı halını əks etdirir, dinamik modellər isə sistemin zamana görə inkişafını, hərəkətini öyrənir. Obrazlı ifadə ilə desək, birinci halda kinofilmdən bir kadrı, ikinci halda bütöv kinonu görürük. Zaman bir dəyişən kəmiyyət kimi bu modellər də kəsilməz və ya diskret şəkildə iştirak edə bilər.

Riyazi aslılıqların forması baxımından iqtisadi- riyazi modellər daha müxtəlifdir: xətti, qeyri-xətti, qabarıq və s. Təhlil və hesablamalar nöqteyi nəzərindən xətti modellər daha geniş yayılmışdır. Xətti və qeyri – xətti modellər arasındakı fərq təkcə riyazi deyil, həm də nəzəri xətt iqtisadi baxımdandır.
Modeldə iştirak edən ekzogen və endogen dəyiçənlərin nisbətinə görə açıq və qapalı modellər var. Tam açıq model yoxdur: modeldə heç olmasa bir endogen dəyişən var. Tam qapalı iqtisadi-riyazi modellər (ekzogen dəyişənləri olmayan) lap azdır. Açıq modellər modelləşdirilən obyektin xarici mühitlə qarşılıqlı təsirini nəzərə alır, əksinə qapalı modellərdə bu nəzərə alınmır. Qapalı modellərdə obyekt xarici mühitdən təcrid olunmuş kimi götürülür. Etiraf etmək lazımdır ki, əslində belə iqtisadiyyat mümkünsüzdür. Hər ölkənin ixracı da var, idxalı da, yəni sistem qapalı deyil.
İqtisadi-riyazi modellərin təsnifatını yenə davam etdirmək olar: kəsilməz və diskret dəyişənli modellər, qarışıq dəyişənli modellər; mikro və makro modellər, nöqtəvi və fəza modelləri və s. İqtisadi-riyazi tədqiqatlar intensivləşdikcə təsnifat problemi də çətinləşir. Əlbəttə, şübhəsiz ki, yeni tip modellərin və yeni təısnifat əlamətlərinin yaranması ilə yanaşı müxtəlif tipli modellərin inteqrasiyası prosesi də gedir.

Ümumiyyətlə, iqtisadi-riyazi üsullar, iqtisadi-riyazi fənnlər kompleksinin ümumi adıdır. İqtisadi-riyazi üsullar iqtisadi sistemin ayrı – ayrı elementlərinin əlaqəsini formalizə etmək üçün tətbiq olunan riyazi aparatdır, ümumi kibernetik qanunauyğunluqlar və prinsiplərdir. Riyaziyyat, kibernetika və iqtisadiyyat elmlərinin qovuşuğunda yerləşən bu fənlərin ümumi qəbul olunmuş təsnifatı yoxdur. Lakun bu üsulların səmərəli tətbiqi hər şeydən öncə onların ciddi və dərindən öyrənilməsini və deməli müəyyən sistemçatikasını tələb edir. Məqsədəuyğun təsnifat əlaməti də seçilir. İqtisadi-riyazi üsullarını öyrənilməsinin məqsədi onların realizə edilmə məqsədini açmaqda,daha səmərəli tətbiq sahələrini müəyyənləşdirməkdən ibarət olduğuna görə təsnifat əlaməti olaraq, məsələn, istifadə olunan riyazi aparatının xarakterini götürmək mümkündür. Bu əlamətə görə klassik və tətbiqi riyaziyyatın üsullarını ayırmaq olar.


Ədəbiyyat:

1) ADİU, Əliyeva Xumar Cəlil qızı, Mövzu: “Modelləşdirmə məsələləri və Azərbaycanda iqtisadi fəaliyyətin modelləşdirilməsində informasiya texnologiyalarının rolu”, Magistr Dissertasiyası, səhifə 32-35.

Qeyd: Sərbəst iş mövzuya aid olmaya bilər.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Xasiyyətnamə və tərcümeyi-hala aid nümunələr yazmaq

Müasir Azərbaycan dilinin işgüzar üslubu barədə material hazırlamaq

Əmr və əmrdən çıxarış mövzusuna aid nümunələr