Kiçik və orta biznesin inkişafına dövlət köməyi
Beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, kiçik və orta biznesin səmərəli fəaliyyətinin təmin edildiyi şəraitdə istehsal olunan məhsul və xidmətlərin yarıdan çoxu, elmi texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinin 80%-i, hər yeni açılan 3 iş yerindən 2-si həmin sahənin payına düşür. Eyni zamanda kiçik və orta biznes subyektləri əhalinin tələbatına daha həssas olduğundan, bazar konyukturunun dəyişikliklərinə çevik reaksiya verib, istehsal və istehlak sferalarındakı müvafiq boşluqları daha dolğun və səmərəli şəkildə doldura bilirlər. Bundan əlavə kiçik və orta sahibkarlıq cəmiyyətdə orta təbəqənin formalaşmasının əsas mənbəyi kimi zəruri sabitliyi təmin edərək, ölkədə həyata keçirilən demokratik yönlü, mütərəqqi iqtisadi, hüquqi və siyasi islahatların dəstəklənməsinin sosial bazasını genişləndirir. Məlumdur ki, səmərəli fəaliyyət göstərən güclü sahibkarlıq institutunun formalaşması və inkişafı uzunmüddətli proses olaraq, dövlət tərəfindən müəyyən edilən siyasi, hüquqi və iqtisadi mühitin əlverişli olmasından, həm də dövlətin biznes və cəmiyyətlə əməkdaşlığının səmərəli olmasından asılıdır. [1]
İnkişaf etmiş qərb ölkələrinin əksəriyyətində dövlət tərəfindən kiçik biznesə xüsusi strukturlar və fondlar vasitəsi ilə güclü maliyyəkredit yardımı göstərilir.Məsələn,Amerika Birləşmiş Ştatlarında xırda və orta firmalar üçün kredit strukturları mövcuddur. [2]
Azərbaycanda sahibkarlığın inkişafı, o cümlədən kiçik və orta sahibkarlığın inkişafı beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmışdır. Ümumdünya İqtisadi Forumu (ÜİF) tərəfindən hazırlanan 2013-2014-cü illərdə dünya ölkələri iqtisadiyyatlarının rəqabətədavamlılıq reytinqində Azərbaycan daha rəqabətədavamlı ölkələr sırasına daxil olub və 148 ölkə arasında 39-cu yeri tutub. Bu dövrdə Azərbaycanın dünya iqtisadiyyatında payı 0,12% təşkil etmişdir. Hesabatda Azərbaycanda
siyasi-iqtisadi sabitlik, həmçinin valyuta tənzimlənməsi yüksək qiymət almışdır. [3]
Hazırda ölkəmizdə qeyri neft sektorunun inkişafı kontekstində iqtisadiyyatın şaxələndirilməsi mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Bu şaxələndirmə zamanı iqtisadiyyatın əsas aparıcı sektorlarının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Fikrimcə, Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin səmərəli fəaliyyət göstərə biləcəyi əsas aparıcı sektorlara (daha əmək tutumlu sektor) kənd təsərrüfatı, tikinti və turizm sahələrini aid etmək olar.
Belə bir şəraitdə Respublikaya transmilli şirkətlərin investisiya yatırmaları reallığa çevrilir. Ölkədə transmilli şirkətlərin fəaliyyəti kiçik və orta müəssisələrin inkişafı üçün yeni perspektivlər yaradır.
Belə ki, kiçik və orta sahibkarlıq subyektləri iri şirkətlərlə, həmçinin transmilli korporasiyalarla inteqrasiyada daha müvəffəqiyyətlə inkişaf edirlər və onların etibarlı təchizatçısı rolunda
çıxış edirlər. [4]
1991-ci ildə Azərbaycan Respublikası öz dövlət müstəqilliyinin elan etdikdən sonra ölkənin müstəqillik əldə etməsinin davamı olaraq yeni iqtisadi münasibətlərə keçid, özəl sektorun yaradılması və inkişaf etdirilməsi, bu səbəbdən də ona əlverişli maliyyə dəstəyi verə biləcək maliyyə qurumlarının yaradılması zərurətinin əsas vəzifələrdən biri kimi qarşıya çıxdığı bir zamanda – 12 oktyabr 1992-ci ildə “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Əsasnaməsi”nin təsdiq edilməsi ilə sahibakarlığa, o cümlədən kiçik və orta biznesə dövlət büdcəsinin vəsaiti hesabına güzəştli kreditlər verəcək ilk maliyyə qurumunun əsası qoyulmuşdur. [5]
Bazar iqtisadiyyatına keçid şəraitində cəmiyyətin yeniləşməsində oynadığı rola görə kiçik sahibkarlığın xüsusi müdafiyəyə ehtiyacı var. Ölkəmizdə bazar münasibətlərini formalaşdığı müasir dövrdə kiçik və orta sahibkarlıq bölməsinin yaradılması və inkişaf etdirilməsi cəmiyyətin sosial və iqtisadi yeniləşməsində çox mühüm rol oynayır. Dövlət kiçik və orta sahibkarlığı müdafiə etməklə orta sinfin formalaşması üçün imkan əldə etmiş olur. Bundan başqa, kiçik və orta biznesin
fəaliyyət dairəsinin geniş olması büdcə vəsaitinin tamamlanmasının səmərəli
formasıdır.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, iqtisadiyyatın yenidən qurulmasının
labüdlüyü obyektiv olaraq ona doğru aparır ki, ölkə vətəndaşlarının çox böyük hissəsi
sahibkarlıq fəaliyyəti ilə maşğul olur. Belə şəraitdə dövlətin kiçik və orta sahibkarlığı
ağıllı və məqsədyönlü formada müdafiə etməsi labüddür. Çünki, bunlar yeni iş
yerlərinin yaradılmasına, işsizlik səviyyəsinin aşağı düşməsinə, sosial gərginliyin
aradan qaldırılmasına səbəb olur. [6]
Ədəbiyyat:
[1] Azərbaycanın vergi jurnalı, Gülməmmədov Vüqar, Azərbaycanda kiçik və orta sahibkarlığın tənzimlənməsində vergitutma amilləri (bax:səhifə 164, 165)
[2] ADİU, Qəşəmzadə Nirufə, “Ticarətdə sahibkarlıq və onun inkişaf istiqamətləri”mövzusunda Magistr Dissertasiyası, səhifə 78, 79
[3] Həmin jurnalda həmin bölmə, səhifə 170 onlar da öz növbəsində www.imf.org – Beynəlxalq Valyuta Fondunun saytından
[4] Həmin jurnalda həmin bölmə, səhifə 173
[5] Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu rəsmi saytından
[6] ADİU, Əlizadə Şəhla, "Bazar münasibətləri şəraitində kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin hüquqi təminatının təkmilləşdirilməsi məsələləri" mövzusunda Magistr Dissertasiyası, səhifə 83
Mənə 5.000.000.00 ABŞ dolları məbləğində kredit verən kredit şirkəti digər kredit investorları mənim təklifimi laqeyd etsələr də mr benjamin lee mənə müvəffəqiyyət borcu verərlər. Onlar birbaşa kredit maliyyələşdirmə və investisiya baxımından layihədədirlər. kapital bazarları fondlarına çıxış əldə etmək istəyən şirkətlərə və şəxslərə maliyyələşdirmə həlləri təqdim edir, layihənizi maliyyələşdirməyə və ya işinizi genişləndirməyə kömək edə bilərlər .. E-poçt Əlaqə :::: Lfdsloans@outlook.com və ya da yazın
YanıtlaSilwhatsapp nömrəsi + 1- (989-394-3740)