Makroiqtisadi qeyri-sabitlik, iqtisadi tsikllər, işsizlik, inflyasiya


Makroiqtisadi qeyri-sabitlik.
İstənilən ölkənin iqtisadi inkişafının səciyyəvi cəhətlərindən biri də qeyri- sabitlikdir. Qeyri- sabit iqtisadi inkişaf ən sadə mənada tələb və təklifin müxtəlif formada uyğunsuzluğudur. A. Şpitqof, K. Marks, U. Mitçell, C. Klark, C. Keyns, Y. Şumpeter, N. Kondratyev, C. Kitçin və başqaları iqtisadi inkişafın qeyri- sabitliyini araşdırmağa və onun qanunauyğunluqlarını açıb göstərməyə çalışmışlar.
İqtisadi inkişafın qeyri- sabitliyi iki əsas formada, tsiklik və qeyri- tsiklik tərəddüdlər şəklində təzahür edir.
İqtisadi inkişafın qeyri- sabitliyi hansı formada baş verməsindən asılı olmayaraq obyektiv xarakter daşıyır. İqtisadi inkişafın qeyri- sabitliyi bir sıra xarici və daxili amillərin qarşılıqlı təsiri altında baş verir.
Alimlər iqtisadi inkişafın qeyri- sabitliyinə təsir göstərən daxili və xarici amilləri aşağıdakı kimi qruplaşdırılar:

1.Xarici amillər.
-müharibə, inqilab və digər siyasi sarsıntılar;
-qızıl , uran, neft və digər resursların nəhəng yataqlarının kəşfi;
-yeni ərazilərin mənimsənilməsi və bununla əlaqədar əhalinin miqrasiyası, yer kürəsinin əhalisinin sayında tərəddüdlər;
-ictimai istehsalın strukturunu dəyişə biləcək texnoloji yeniliklər, ixtiralar və innovasiya.
2.Daxili amillər.
-əsas kapitalın fiziki xidmət müddəti;
-şəxsi istehlakın artımı və azalması istehsalın həcminə və məşğulluğa təsir göstərir;
-əsaslı vəsait qoyuluşunun genişlənməsi, yaxud istehsalın genişləndirilməsinə, modernləşdirilməsinə, yeni iş yerlərinin açılmasına vəsait qoyuluşu;
-istehsala, tələbata və istehlaka birbaşa və dolayısı ilə dövlətin iqtisadi siyasətinin təsiri.

İqtisadi inkişafın qeyri- sabitliyi makroiqtisadi hadisə olub qısamüddətli və uzunmüddətli tərəddüdlər şəklində təzahür edir. Qısamüddətli və uzunmüddətli dövrlər üçün iqtisadi inkişafın tərəddüdlüyündəki fərqliliyin araşdırılmasının makroiqtisadi nəzəriyyədə xüsusi yeri vardır. Uzunmüddətli dövrlər üçün qiymətlər daha çevik olduqları üçün tələb və təklifin dəyişməsini çox tez özündə əks etdirirlər. Ancaq qısamüddətli dövrlər üçün əksər malların qiymətləri müəyyən səviyyədə “ dondurulmuş” şəkildə olur. Qısamüddətli dövrdə qiymətlər özünü uzunmüddətli dövrdə olduğu kimi apara bilmədiyi üçün vaxt amilindən asılı olaraq iqtisadi siyasətin nəticələri müxtəlif olur.
Beləliklə, müxtəlif amillərin , o cümlədən qiymətlərin( çevik, qeyri- çevik qiymətlərin) təsiri altında məcmu tələb və məcmu təklifdə baş verən dəyişikliklər ( uyğunsuzluqlar) prinsipial olaraq qısamüddətli və uzunmüddətli dövrlərdə iqtisadi inkişafın qeyri- sabitliyini əks etdirir. Makroiqtisadi qeyri- sabitlik iqtisadiyyatın bütün sahələrinə nüfuz edir.
İqtisadi inkişafın qeyri- sabitliyi Azərbaycan üçün də səciyyəvidir. Azərbaycanın iqtisadi inkişafındakı qeyri- sabitlik bir sıra ümumi amillərin təsiri altında baş versə də müəyyən özünəməxsus xüsusiyyətlər kəsb edir.

İqtisadi tsikllər.
İqtisadi tsikl ictimai istehsalın bir iqtisadi böhrandan digərinə doğru ( iqtisadi böhran, durğunluq, canlanma, yüksəliş) dövri olaraq təkrarlanmasıdır. İqtisadi tsikli çox hallarda sənaye istehsalını əhatə etdiyinə görə sənaye tsikli də adlandırırlar. İqtisadi tsikl öz inkişafında iqtisadi böhran, durğunluq, canlanma və yüksəliş mərhələlərindən keçir. Adı çəkilən hər bir mərhələ iqtisadi tsiklin fazalarını təşkil edir. İqtisadi tsiklin ilkin fazası iqtisadi böhrandır. İqtisadi böhran heç də müəyyən əmtəələrin istehsalı və yaxud xalq təsərrüfatının ayrılıqda götürülmüş bir sahəsində deyil, bütövlükdə təsərrüfat sistemində köklü sarsıntılara səbəb olur. İqtisadi böhran satışın çətinləşməsi, əmtəə kütləsinin artıq yığılıb qalması ilə səciyyələnir. İstehsal olunmuş məhsulun kütləsi, mal təklifi onlara olan tələbi qabaqlayır. İfrat istehsal böhranları baş verir. Əhalinin alıcılıq qabiliyyəti aşağı düşür. Sənaye və ticarət firmalarının kütləvi şəkildə iflası müşahidə olunur. Maliyyə- kredit sistemi pozulur. İstehsalın kəskin şəkildə aşağı düşməsi nəticəsində işsizlikk kütləvi xarakter alır. Kütlələrin iqtisadi vəziyyəti kəskin şəkildə pisləşir.
İlk ifrat istehsal böhranları 1825- ci ildə o dövrün ən inkişaf etmiş kapitalist ölkəsi olan İngiltərədə
baş vermişdir. XIX əsrin birinci yarısından başalyaraq iqtisadi tsikl müntəzəm təkrarlanan xarakter alır. İqtisadi tsikllər əvvəlcə hər 10- 11 ildən bir, sonralar 7-9 ildən bir təkrarlanmağa başladı. 1873- cü ilin dərin ifrat istehsal böhranalrı və onu təkrarlayan 1882- 1887- ci il böhranları kapitalist iqtisadiyyatının azad rəqabətdən inhisarçılığın hökmranlığına keçməsini sürətləndirdi. Birinci dünya müharibəsindən sonra yenə də ifrat istehsal böhranları təkrarlanmağa başladı. Böyük depressiya adlanan 1929-1933-cü illər böhranı iqtisadiyyat vurduğu dağıdıcı zərbəyə görə xüsusi ilə fərqlənirdi.
İqtisadi tsiklin üçüncü fazası canlanma adlanır. Üçüncü fazada istehsalın səviyyəsində nəzərə çarpacaq dərəcədə dirçəliş baş verir, işsizliyin nisbətən azalması müşahidə olunur. Tədricən qiymətlər yüksəlməyə, borc faizi artmağa başlayır. Əmtəə bazarında yeni sənaye avadanlığına tələb yüksəlməyə başlayır.
İstehsal resurslarının tam yüklənməsi imkanının mümkünlüyü və bunun nəticəsində mənfəətin qısa bir müddətdə artırılması iqtisadi tsiklin yüksəliş mərhələsinə daxil olmasına imkan yaradır. İqtisadi tsiklin yüksəliş fazası əvvəlcə istehsalın böhrana qədərki səviyyəsinə çatmaq üçün iqtisadi fəallığı artırır. Yüksəliş fazasında işçi qüvvəsinə tələb işsizliyin aradan qaldırılmasına və əmək haqqının yüksəlməsinə səbəb olur.
İqtisadi tsiklin fazası olan iqtisadi böhranlar heç də həmişə ifrat istehsal böhranları şəklində baş vermir. Bir sıra ölkələrin təcrübəsi göstərir ki, ifrat istühsal böhranları ilə yanaşı qıtlıq( defisit) böhranları da baş verir. [1]

İşsizlik.
İşsizlik-iqtisadi fəal əhalinin müəyyən hissəsinin öz iş qüvvəsini tətbiq edə bilmədiyini əks etdirən sosial-iqtisadi hadisədir. İşsizlik insanlara birbaşa və ən sərt şəkildə təsir edən makroiqtisadi problemdir. İşsizliyin tez-tez siyasi müzakirələrin mərkəzində olması da təəccüblü deyildir. İşsizliyin yüksək səviyyəsi iş qüvvəsi resursundan dövlətin səmərəli istifadə qabiliyyətinin olmadığını göstərir. İşsizliyi doğuran amillər: iqtisadi böhran, yüksək inflyasiya, iqtisadiyyatın struktur yenidənqurulması, texniki tərəqqi, dövlətin demoqrafik siyasəti və s. Ölkədə işsizliyin səviyyəsinin xarakteristikası üçün müxtəlif göstəricilərdən istifadə olunur; işsizlərin ümumi sayı, iqtisadi fəal əhalinin ümumi sayında işsizlərin xüsusi çəkisi, işsizliyin orta davamlılığı, uzunmüddətli işsizlərin iqtisadi fəal əhalidə payı və s. İşsizliyin real miqyasının müəyyənləşdirilməsində gizli işsizlik amili cətinlik yaradır. İqtisadiyyatda işsizliyin həcmi işçi qüvvəsində çalışmayan hissənin faiz göstəricisi əks etdirən işsizlik dərəcəsi ilə ölçülür. İşsizlik dərəcəsinin hesablanması üçn ilk növbədə aşağıdakı 4 kateqoriya müəyyən edilməlidir.
İşsizliyin aşağıdakı formaları var:
Friksion işsizlik o zaman yaranır ki, şəxs çalışa biləcəyi iş var, amma bu işi axtarıb tapmaq üçün çox uzun bir vaxt lazımdır.
Struktur işsizlik. Bəzən şirkətlər yeni texnalogiya tətbiq edir və ya istehsal istiqamətini dəyişir. Bu zaman yeni texnalogiyadan istifadə edə bilməyən və ya yeni istehsal sahəsinə uyğun olmayan işçilərə ehtiyac qalmır. Bu zaman yarana işsizliyə Struktur işsizlik deyilir.
Dövrü(tsikl) işsizlik. Bu işsizlik forması sənayenin tənəzzülü, istehsalda işçi qüvvəsinə olan tələbin aşağı düşməsi nəticəsində yaranır. [2]

İnflyasiya.
İnflyasiya ölkə həyatının bütün sahələrilə sıx surətdə bağlıdır. Siyasi prosseslər, iqtisadi dəyişikliklər, beynəlxalq münasibətlər və. s inflyasiya səviyyəsinə operativ formada təsir göstərmək qabliyyətinə malikdir. Desək ki, inflyasiya yeni dövr tarixinin məhsuludur onda səhv edərik. Bir az araşdırsaq görərik ki, bu tarix boyu cəmiyyətin qabaqcıl problemi kimi mövcud olmuşdur. Bu proses metal pulun kağız pulla əvəz olunmasından sonra orytaya çıxmışdır. Kağız pulların çapından sonra pull əmtəə kütləsinə nəzərən dəyərdən düşməyə başlayırdı. Gələcəkdə inflyasiya adlandırılan bu proses-pulun alıcılıq qabiliyyətinin azalması müasir dövrün ən böyük problemlərindən biri kimi ortaya çıxmağa başladı.
Qiymətlərin hər cür artması inflyasiya demək deyildir. Qiymətlər məhzulun keyfiyyətinin yaxşılaşdırılmasından, istehsal xərclərinin artmasından, bayramqabağı qiymətlərin qalxımından ola bilər. İnflyasiya məcmu tələblə məcmu təklif arasında balansın pozulması nəticəsində ölkənin bütün bazarlarında qiymətlərin ümumi artımına səbəb olur.

İnflyasiya anlayışına, inflyasiya prosesinə müxtəlif istiqamətlərdə yanaşmaq olar:

1.Ayrı-ayrı iqtisadi modellərin xüsusiyyətləri, obyektiv və subyektiv amillər, əmtəə pul sisteminin deformasiya olunması, istehsalla istehlak arasında ziddiyyətlər, sosial qrupların, cəmiyyətin, dövlətin bu prosesə yanaşması.
2.İnflyasiya və milli gəlirin yenidən bölüşdürülməsi.
3.İnflyasiya makroiqtisadi, ümumi iqtisadi problem, proses kimi.
Əvvəlki dövrlərdə inflyasiya adətən fövqəladə vəziyyətlərdə meydana gəlirdi. Məsələn müharibə dövründə dövlət özünün hərbi xərclərini ödəmək üçün tədavülə külli miqdarda kağız pul buraxırdı. Son 30-40 il ərzində isə bir çox ölkələrdə inflyasiya daimi xarakter daşıyır və təkrar istehsal prosesinin bir amilinə çevrilmişdir.
Ümumiyyətlə inflyasiyanın aşağıdakı növləri var:
Qiymətlərin artım sürətinə görə
Qiymətlərin tarazlıq səviyəsinə görə
Xarakterinə görə [3]

Ədəbiyyat:

[1] referat.ilkaddimlar.com/d_pdf_refe_ekono_2013.pdf  Firudinli Fidan *TOQ 1001

[2] https://az.wikipedia.org/wiki/%C4%B0%C5%9Fsizlik

[3] https://az.wikipedia.org/wiki/%C4%B0nflyasiya

Yorumlar

Bu blogdaki popüler yayınlar

Xasiyyətnamə və tərcümeyi-hala aid nümunələr yazmaq

Müasir Azərbaycan dilinin işgüzar üslubu barədə material hazırlamaq

Əmr və əmrdən çıxarış mövzusuna aid nümunələr