Bu blogdaki popüler yayınlar
Müasir Azərbaycan dilinin işgüzar üslubu barədə material hazırlamaq
Azərbaycan ədəbi dilinin funksional üslublarına aşağıdakı üslublar daxildir; bədii üslub, publisistik üslub, məişət üslubu, rəsmi — işgüzar üslub. Bu üslubların hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Tarixi inkişaf prosesində müəyyənləşmiş həmin xüsusiyyətlər bir üslubu başqa üslubdan fərqləndirir. Məsələn, bədii üslub obrazlılığı, bədii ifadə vasitələrinin bolluğu ilə seçildiyi kimi, elmi üslubun da əsas səciyyəvi xüsusiyyəti terminlərdən istifadəyə üstünlük verilməsidir. Bu üslublar bir — birindən nə qədər fərqlənsə də, onların hamısı ədəbi dilin üslublarıdır. Buna görə də bu üslubların hər biri ədəbi dilimizin fonetik, leksik və qrammatik nornıalarına tabe olur. Rəsmi-işgüzar üslub rəsmi işgüzar sənədlərin dilidir. Üslubda fikir müəyyən qəlibə düşmüş (standart) formalarda və olduqca yığcam şəkildə verilir. Üslubun əsas səciyyəvi xüsusiyyəti də elə budur. Rəsmi – işgüzar üslub hamı üçün eynidir, yəni standartdır. Burada obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast gəl...
Əmr və əmrdən çıxarış mövzusuna aid nümunələr
Nümunə 1 . BAKI MAŞINQAYIRMA ZAVODU ÜZRƏ 63 SAYLI ƏMR Bakı şəhəri «02» fevral 2015-ci il Zavodda dəftərxana işinin daha səmərəli təşkili və sənədləşmənin düzgün aparılması məqsədi ilə ƏMR EDİRƏM: 1. Zavod üzrə bütün əmrlər lazımi nüsxələrdə və əmrdə göstərilən əsaslarla birlikdə ümumi şöbəyə təqdim edilsin. 2. Təqdimatlar və ərizələr ümumi şöbədə qeydiyyatdan keçirilsin və mənim dərkənarımdan sonra yenidən ümumi şöbəyə təqdim edilsin. 3. Zavoddan gedən bütün məktublar və cavab məktubları 3 nüsxədə, zavoda daxil olan məktub əsasla birlikdə ümumi şöbəyə təqdim edilsin. 4. Sənədləşmənin düzgün aparılıb-aparılmaması barədə ümumi şöbənin müdiri mənə xəbər versin. Əmr bütün struktur bölmələrə göndərilsin. Əsas: Ümumi şöbə müdirinin təqdimatı. BAŞ DİRЕКTОR: Z.N.ƏHMƏDOV Nümunə 2 . “Fidan” Elm İstehsalat Birliyi üzrə ...
Yorumlar
Yorum Gönder