Büdcə xətti və istehlakçı optimumu


Büdcə məhdudiyyəti istehlakçının satın ala biləcəyi istehlak “səbəti” üzərindəki məhdudiyyəti göstərir.
İnsanlar arzu etdiklərindən daha az istehlak edirlər. Çünkü onların xərcləmələri gəlirləri ilə məhdudlaşır.

Büdcə məhdudiyyəti müəyyən gəlir və qiymət səviyyəsində istehlakçının satın ala biləcəyi müxtəlif əmtəə kombinasiyalarını göstərir.

İstehlakçının Büdcə Məhdudiyyəti

BÜDCƏ MƏHDUDİYYƏTİ: İSTEHLAKÇI NƏ SATIN ALA BİLƏR?
Büdcə məhdudiyyəti xətti üzərindəki hər hansı bir nöqtə istehlakçı kombinasiyasını və ya iki məhsul arasındakı seçim nisbətini göstərir. 
Məsələn, əgər istehlakçı pizza almırsa, o 500 litr Pepsi ala bilər (B nöqtəsi). Əgər o Pepsi almırsa, 100 pizza ala bilər (A nöqtəsi).

BÜDCƏ MƏHDUDİYYƏTİ: İSTEHLAKÇI NƏ SATIN ALA BİLƏR?
Alternativ olaraq, istehlakçı 50 pizza və 250 litr Pepsi ala bilər. [1]

İstehlakçının hansı qərarı verəcəyini müəyyən etmək üçün göstərilən əyriləri bir yerdə nəzərə almalıyıq. Bu zaman büdcə məhdudiyyətləri və fərqsizlik əyrilərinin kəsişdiyi nöqtədə istehlakçının optimal seçimi müəyyənləşir. Yəni, alıcının istəyi ilə onun imkanı üst-üstə düşür. [2]

Bundan başqa vergilər mövzusunda da yazmaq olar,vergi digər xarici bazar effektini kompensasiya (əvəzləşdirilmə) etmək üçün nəzərdə tutulmadığı halda, istehlakçılar və ya istehsalçıların davranışlarına təsir göstərəcək ki, bu da bazarda yeni qiymətlərin, yəni bazarın formalaşan qiymət nöqteyi nəzərindən təhrif olunmuş formasına gətirib çıxaracaq. Belə bir təhrif qayıtmayan (əvəzi ödənilməyən) zərər kimi meydana çıxan, iqtisadiyyata kənardan yüklənmiş və onun daşımaq məcburiyyətində olduğu əlavə bir dəyər olacaq. Əgər biz vergi təsiri nəticəsində fəaliyyətində təhrif baş verən bazara baxırıqsa (yəni birinci ən yaxşı optimum əldə etmək üçün müəyyən məhdudiyyət varsa), onda yeni dəyişiklik yaradan verginin tətbiqi daha faydalı ola bilər. [3]

Ənənəvi neoklassik mikroiqtisadiyyatın subyekti də optimuma nail olmaq üçün nəzərə alınması vacib olan ətraf mühitdəki istənilən, hətta ən kiçik dəyişikliyə adekvat reaksiya verməlidir. Buna görə də, onun davranışı tamamilə çevikdir və onu hətta ən qısa müddətdə tam etimadla qabaqcadan söyləmək olmaz. 

Ədəbiyyat:
 [3] Akif Musayev, Vergilər qəzeti, http://vergiler.az/art-view2/3059

Diqqət: sərbəst iş mövzuyla uyğunlaşmaya bilər.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Xasiyyətnamə və tərcümeyi-hala aid nümunələr yazmaq

Müasir Azərbaycan dilinin işgüzar üslubu barədə material hazırlamaq

Əmr və əmrdən çıxarış mövzusuna aid nümunələr