Əmək davranışı, əməyin motivləşdirilməsi və insan resurslarının istifadəsi


İdarəetmə birinci növbədə adamların, işçilərin fəaliyyətinin əlaqələndirilməsi və təşkilidir. Bu isə əmək ehtiyatlarından səmərəli istifadə olunması, insan amilinin nəzərə alınması, insan münasibətləri, əməyin təşkili, sosial inkişafı, əmək davranışı, kadr siyasəti, əmək bazarı kimi vacib problemləri əhatə edir. Heyət istehsal, idarəçilik, onlar isə uyğun olaraq əsas, köməkçi və xidmətedici fəhlələrdən, rəhbər işçilər və mütəxəssislərdən ibarətdir. [1]

Heyətin idarə edilməsinin inteqrativ səciyyə daşıyan aşağıdakı konsepsiyaları vardır:
1. sosioloji konsepsiyaları (sosial davranış, əmək davranışı, sosial
qrup nəzəriyyələri, münaqişələr).
2. iqtisadi konsepsiyalar (işçi qüvvəsinin maddi stimulları, əmək
bazarı problemləri, əmək kollektivlərinin təmin edilməsi və s.)
3. psixoloji konsepsiyalar (işçinin dəyərlər meyli, mentaliteti,
ünsiyyəti və davranışının psixoanalizi, əmək fəaliyyətinin
psixalogiyası və s.)
4. əmək və sosial hüquq konsepsiyası (heyətin idarə edilməsinin
müəyyən qanunlar, qaydalar çərçivəsində aparılması, əmək
hüququ, tarif razılaşmaları, muzdlu işçi və iş verən arasındakı
hüquqi münasibətlər və s.)

İşçi heyətini idarə edərkən bu konsepsiyalar və müəyyən edən
prinsiplər hökmən nəzərə alınmalıdır. [2]

Stimullaşdırmada başlıca məqsəd insanın əmək davranışını fəallaşdırmaqdan
ibarətdir. Bunu isə birinci növbədə işçilərdə müsbət emosiyalar və yüksək hislər
yaratmaqla həyata keçirmək olar. [3]

İnsanın effektiv idarə edilməsi onun motivasiyanın başa düşülməsi üzərində qurulur. İnsani hərəkətə gətirən, onu fəaliyyətə sövq edən motivləri başa düşərək insan və insanlar qrupunun idarə edilməsinin effektiv forma və metodlar sistemini hazırlamaq olar. Buna nail olmaq üçün bu və ya digər motivlərin necə yaranmasını, hansı üsullarla motivlərdən istifadə olunmasını və insanların motivləşdirilməsi strategiyalarının necə həyata keçirildiyini bilmək vacibdir.

XVIII əsrin sonları və XIX əsrin əvvəllərində belə bir fikir geniş yayılmışdı ki, adamların çox qazanması üçün imkan varsa, onlar həmişə çox işləyəcəklər. Hesab edilirdi ki, motivləşdirmə yaxşı səy göstərməyin əvəzində verilən uyğun pul mükafatıdır. Elmi idarəetmə məktəbinin nümayəndələri motivləşdirməyə bu əsasdan yanaşırdılar. Davranış üzrə aparılan tədqiqatlar, sırf iqtisadi yanaşmanın əsassız olduğunu nümayiş etdirdi.

Rəhbərlər bildilər ki, motivləşdirmə, başqa sözlə fəaliyyət göstərməyə həvəs oyatma, daim dəyişən mürəkkəb tələbatlar sisteminin təzahür formasıdır. Menecment fəaliyyətində ən başlıca amil, işçiləri qarşıya qoyulmuş məqsədin icrasına yönəltmək və icranı təmin etməkdir. Bu məqsədlə müxtəlif motivləşdirmə nəzəriyyələriyaradılmışdır. [4]

Ölkənin ümumi inkişafı onun bütün müəssisə və təşkilatlarının fəaliyyətinin keyfiyyət göstəricilərindən çox asılıdır. Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da dövlət və özəl müəssisələr inkişaf etməkdə maraqlıdırlar. Onların rəhbərləri yaxşı bilirlər ki, fəaliyyətlərinə dövlət nəzarəti var. Bu inkişafı yaradan isə insanlardır. Ona görə də insan resurslarından düzgün və səmərəli istifadə olunması dövrün tələbidir.

İnsan resursları anlayışı, günümüzdə müəssisənin məhsul istehsalında qarşıya qoyulan məqsədə çatması üçün istifadə etmə məcburiyyətində olduğu resurslardan biri olan insan amilini ehtiva edir. İnsan istehsal prossesinin həm ayrılmaz bir hissəsi, eyni zamanda, istehsalın hədəfidir. İnsanlar müəssisə üçün o zaman qiymətli hesab edilə bilər ki, onlara həvalə edilmiş sahədə müvafiq kompitensiyaya malik olsunlar, vəzifələrini layiqincə yerinə yetirə bilsinlər. Bunun üçün insan resurslarının düzgün idarə edilməsinin əhəmiyyəti çox böyükdür.

Ümumiyyətlə, insan resurslarından düzgün və səmərəli istifadə olunması, onların idarə olunmasına elmi yanaşmalar bu gün olduqca vacib məsələdir və ölkənin iqtisadiyyatının yüksəlməsində bunun çox önəmli rolu vardır. [5]

Ədəbiyyat:
[1] http://unec.edu.az/application/uploads/2015/07/Muhazire-Insan-resurslarinin-idaraedilmesi.pdf Səhifə 8
[2] Həmin mənbə, səhifə 11
[3] Həmin mənbə, səhifə 129
[4] http://referat.ilkaddimlar.com/d_pdf_refe_other_6937.pdf
[5] http://aynha.az/index.php?lang=az&page=10&dataID=11 Müəllif: Asif Bəkirli, “Xalq qəzeti” – 18.12.2014

Yorumlar

Bu blogdaki popüler yayınlar

Xasiyyətnamə və tərcümeyi-hala aid nümunələr yazmaq

Müasir Azərbaycan dilinin işgüzar üslubu barədə material hazırlamaq

Əmr və əmrdən çıxarış mövzusuna aid nümunələr