Müəssisələrdə firmadaxili planların xüsusiyyətləri


Planlaşdırmanın mahiyyəti bütövlükdə müəssisənin, firmanın və onun bölmələrinin müəyyən dövr üçün inkişafının və fəaliyyətinin müəyyən edilməsi, onun həyata keçirilməsi ardıcıllığının təyin edilməsi, istehsal-təsərrüfat məsələlərinin həll edilməsi yollarının müəyyən olunması, məqsədə nail olmaq üçün maddi, əmək və maliyyə ehtiyatlarının mənbələrinin aşkar edilməsindən ibarətdir.
Məqsədlərin işlənib hazırlanması prosesi firmadaxili planlaşdırmanın ayrılmaz tərkib hissəsidir.

Firmanın səmərəli fəaliyətinə təsir edən amillər içərisində daxili mühitin – yaratdığı amillərin də özünəməxsus rolu və yeri vardır. Firmadaxili amilərin – xarici amillərlə müqaisədə – idarə edilməsi,
nəzarətdə saxlanması sahibkar üçün ciddi çətinliklər yaratmır.

Firmanın daxili mühitini, hər şeydən öncə, onun istehsal potensialı (gücü) müəyyən edir. İstehsal potensialı yaradıcı xüsüsiyyətə malik fəaliyyətlə məşğul olmaq üçün – məhsul istehsal etmək, istehsal xarakterli işlər görmək və xidmətlər göstərmək – müəssisənin sərəncamında olan istehsal resurslarının məcmusudur. Bu resursların kəmiyyət və keyfiyyət parametrləri, həmçinin, onların müvafiq nisbətdə qarşılıqlı təsiretmə əsasında baş verən inteqrasiyası müəssisənin istehsal imkanını müəyyən edir. [1]

Firma və müəssisələrdə proqnozlaşdırma planların tərtibinin ilkin mərhələsi olduğundan, proqnozların tərtibi üçün xarici mühit ətraflı öyrənilməlidir. Xarici mühit amillərinin, firmanın zəif və güclü cəhətlərinin təhlili firmadaxili planlaşdırmanın əsasını təşkil edən istehsal və satış üzrə proqnozları hazırlamağa imkan verir. Firmada adətən illik istehsal və satış proqnozları işlənib hazırlanır ki, bunlar da müəssisənin illik planlarının hazırlanmasında istifadə olunur [2]

Qeyd edək ki, firmadaxili һesab metodunun һəyata keçirilməsində, xüsusilə firmadaxili planlaşdırmanın rolundan istifadə edilir.

Planlaşdırmalara misal çəksək bunlardan bəhs etmək olar:
Strateji plan -strateji məqsədlərə nail olmaq imkanını yaradan ətraflı plandır. Strateji plan müəyyən müddət ərzində həyata keçiriləcək tədbirləri, əldə olunacaq nəticələri və onun qiymətləndirilməsini əks etdirir.
İllik fəaliyyət planı-təşkilatın cari vəziyyətini, həmçinin qısamüddətli məqsədlərə nail olmaq üçün həyata keçiriləcək tədbirləri, həmin tədbirlərin və məqsədlərin monitorinq prosedurlarını əks etdirən
sənəddir.
Büdcə planı-təşkilatın strateji planında nəzərdə tutulmuş prioritet məsələlərə əsaslanaraq, həmin təşkilatın inkişafı üçün xərclərin necə sərf edilməsini müvafiq qaydada müəyyən edir. Büdcə planı maliyyə-pul münasibətləri deməkdir.
Operativ plan-illik fəaliyyət planında nəzərdə tutulan tədbirləri, məqsəd və vəzifələri təcili olaraq həyata keçirmək məqsədilə hazırlanan sənəddir.

Planlaşdırılmanın prinsipləri:
Vəhdətlik prinsipi - planlaşdırmanın sistemli xarakter daşımasını nəzərdə tutur. “Sistem” anlayışı elementlərin məcmusunun mövcudluğu, onların arasında qarşılıqlı əlaqə, sistemin elementlərinin vahid inkişaf istiqamətinin olması, davranışın ümumi məqsədə yönəlməsi deməkdir.
Fasiləsizlik prinsipinin mənası ondan ibarətdir ki, müəssisələrdə planlaşdırma prosesi müəyyən edilmiş tsikl çərçivəsində daim həyata keçirilməlidir; işlənib hazırlanmış planlar bir növbədən digərinə fasiləsiz keçməlidir.
Çeviklik prinsipi - fasiləsizlik prinsipi ilə qarşılıqlı əlaqədardır, planlara və planlaşdırma prosesinə qeyri-müəyyən şəraitin yaranması ilə əlaqədar öz istiqamətini dəyişmə qabiliyyətinin verilməsindən ibarətdir.
İştirak prinsipi - vəhdətlik prinsipi ilə sıx əlaqədardır. İştirak prinsipi o deməkdir ki, müəssisənin hər bir üzvü tutduğu vəzifəsindən və yerinə yetirdiyi funksiyadan asılı olmadan plan fəaliyyətinin bilavasitə iştirakçısıdır

Planlaşdırılmanın tipləri:
Reaktiv planlaşdırmanın (keçmişə qayıtmaq) nümayəndələri öz idealları və üsullarının mövcudluğunu keçmişdə tapırlar. Onlar bugünkü bütün nailiyyətləri inkar edir və bu nöqteyi-nəzərdən müasir texniki və texnoloji cəmiyyətə çox pis yanaşırlar.
İnaktiv planlaşdırmada keçmişə qayıtmaq və irəli doğru hərəkətə cəhd etmək lazım bilinmir. Planlaşdırmanın bu tipi mövcud şəraiti kifayət qədər yaxşı və münasib kimi qəbul edir.
Preaktiv planlaşdırma əsasən gələcək dəyişikliklərə hədəflənir. Preaktiv planlaşdırma optimal qərarların axtarışına əsaslanır. Preaktivistlər inkişafın bir çox variantlarından iqtisadi cəhətdən ən səmərəlisini, optimalını seçirlər.
İnteraktiv planlaşdırmanın iki əsas cəhəti vardır: birincisi, iştirak prinsipinə əsaslanır və təşkilatın iştirakçılarının yaradıcı qabiliyyətini maksimum səfərbərliyə alır; ikincisi, hesab edir ki, gələcək hakimiyyətaltı nəzarət əhəmiyyətli dərəcədə iştirakçıların qəsdən, bilərəkdən hərəkətlərinin məhsulu sayılır. İnteraktiv planlaşdırmanın məqsədi gələcəyi layihələndirməkdən ibarətdir.

Firmanın maliyyə-təsərrüfat fəaliyyətinin planlaşdırılması prossesi 2 mərhələdən ibarətdir - birincisi, strateji planlaşdırma, yəni firmanın inkişaf strategiyasının işlənib hazırlanması; - ikincisi, hazırlanmış (seçilmiş) strategiyanın reallaşdırılması taktikasının müəyyən edilməsi, yəni operativ planlaşdırma [3]

Ümumiyyətcə bazar münasibətlərinə keçid şəraitində Azərbaycan Republikasında firmadaxili planlaşdırmanın nəzəri-metodoloji və praktiki tərəfi az tədqiq olunmuş bir sahədir. Bu sahədə respublikamızın alimlərindən bir qismi-T.N. Əliyev. K. Şahbazov, M.H. Məmmədov, H.S. Həsənov, H.M. Vəliyev, A.S.Şəkərəliyev və başqaları öz tədqiqatlarında problemin ayrı-ayrı cəhətlərinə toxunmuşlar.


Ədəbiyyat:

[1] Telman Hüseynov, Firmanın iqtisadiyyatı, Bakı-2009, səh. 63-64

[2] səh.255-256

[3] ADİU, Biznesin təşkili və idarə edilməsi, Bakı-2011, Firmadaxili planlaşdırma (səh.208) bölməsi

Yorumlar

Bu blogdaki popüler yayınlar

Xasiyyətnamə və tərcümeyi-hala aid nümunələr yazmaq

Müasir Azərbaycan dilinin işgüzar üslubu barədə material hazırlamaq

Əmr və əmrdən çıxarış mövzusuna aid nümunələr