Vergi inzibatçılığı
Vergi inzibatçılığının məzmunu - Vergi sferasının idarə olunmasında
səlahiyyətli dövlət orqanının (Vergilər Nazirliyinin) fəaliyyəti təşkil edir.
Vergi inzibatçılığının elementləri:
-vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə riayət olunmasına
nəzarət;
-vergi orqanları tərəfindən vergi qanunvericiliyinin reallaşdırılmasına
və icrasına
nəzarət;
-nəzarət fəaliyyətinin təşkilati, metodiki və analitik təminatı.
Vergi inzibatçılığının birinci səviyyəsinin subyektləri Vergilər
nazirliyi, ikinci səviyyəli subyektləri isə Vergilər Nazirliyi yanında
ayrı-ayrı qurumlar və ərazi vergi orqanlarıdır. Birinci səviyyəsinin
subyektlərinin fəaliyyət məqsədləri vergilərin yığılması səviyyəsinin yüksəldilməsi
üzrə, o cümlədən vergi qanunvericiliyinin təkmilləşdirilməsi əsasında, tədbirlərin
işlənməsi, cari ödənişlərin təhlili nəzərə alınmaqla büdcəyə vergi daxilolmalarının
planlaşdırılması və növbəti
dövrlər üçün proqnozların tərtib edilməsi və s. İkinci səviyyənin
məzmunu isə vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə əməl
edilməsinə və günahkar
şəxslərin vergi və inzibati hüquq pozuntularına görə məsuliyyətə cəlb
edilməsinə vergi
nəzarətinin həyata keçirilməsi üzrə tədbirlərdən ibarətdir.
Vergi inzibatçılığı vergi sisteminin qurulmasının elə bir prinsipinin
reallaşmasına
əsaslanmalıdır ki, bu zaman vergilərin tutulması və vergi nəzarəti üzrə
xərclər
minimum olmaqla büdcəyə vergi daxilolmalarının təmin olunma səviyyəsi
maksimum
olsun. Vergi inzibatçılığının səmərəlilik göstəricilərindən biri də
vergilərin yığılması və vergi qanunvericiliyinin gözlənilməsinə nəzarət üzrə
inzibati məsrəflərin minimuma
endirməkdən ibarətdir. Müasir dövrdə Azərbaycan Respublikasının vergi sistemi iqtisadiyyata düşən vergi yükünün və vergi ödəyicilərinin inzibati yükünün yüngülləşdirilməsi hesabına dövlətin və vergi ödəyicilərinin maraqlar balansının gözlənilməsi istiqamətinə yönəlmişdir.
Vergi inzibatçılığının keyfiyyətinin yüksəldilməsinin vacib şərtləri bunları göstərmək olar:
- vergi orqanlarının təşkilati strukturunun təkmilləşdirilməsi, onların
maddi-texniki bazasının möhkəmləndirilməsi,
- vergi nəzarəti prosesində yeni texnologiyadan istifadə,
- vergi orqanları ilə vergi ödəyiciləri arasında qarşılıqlı
münasibətlər konsepsiyasının dəyişməsi
- analitik işlərin informasiya-texnoloji təminatının yeni prinsipial
səviyyəyə qaldırılması;
- kadrların ixtisasının artırılması;
- vergi orqanları əməkdaşlarının fəaliyyətinin keyfiyyətli peşə
standartlarının hazırlanması
İnzibati məcburetmə metodlarına maliyyə sanksiyalarının tətbiqi, bank
hesablarına sərəncamın qoyulması, əmlakın siyahıya alınması və s. aiddir. İnstitusional amilin amilin təsiri
altında vergi inzibatçılığının fəaliyyətinin əsas prinsipləri bunlardır:
- vahidlik prinsipi;
- inzibatçılıq obyektlərinə münasibətdə müstəqillik prinsipi;
- Təsirlilik prinsipi;
- qanunçuluq prinsipi.
Əgər vergi inzibatçılığı qaydaya salınmazsa aaparılan vergi islahatı
vergi ödəyicisi üçün əhəmiyyətini itirir. Həqiqətən də əgər vergi orqanları ilə vergi ödəyicilərinin
qarşılıqlı fəaliyyəti təsərrüfat subyektinin həyat siklinin hər bir mərhələsində
(vergi ödəyicisinin yaradılması və dövlət qeydiyyatı; maliyyə-təsərrüfat
fəaliyyəti; vergi ödəyicisinin ləğv edilməsi və yenidən təşkili) obyektiv
surətdə mövcuddur.
Ona görə vergi siyasətinin effektivliyi vergi inzibatçılığı proseslərinin təsirindən asılıdır.
Mənbə: http://unec.edu.az/application/uploads/2015/06/vergi3803_az03.pdf
Yorumlar
Yorum Gönder