Auditin və auditor prosedurlarının təşkili. Auditor rəyi

Auditin və auditor prosedurlarının təşkili. Auditor nümunəsinin seçilməsi, müvafiq xüsusi seçmə metodların texnikasından istifadə etməklə həyata keçirilir. Seçmə üsulu tətbiq etmədən aparılan yoxlama - Bu yoxlama prosedurların tətbiq edilməsinə görə seçmə metod tətbiq edə bilmədiyi halda həyata keçirilir. Bu prosedurlara aiddir: analitik prosedurlar; audit planlaşdırılarkən və idarə (iqtisadi subyekt) yoxlanılarkən istifadə edilən sorğular və müşahidələr; balansın maddələrinin və ya digər müvafiq sinif əməliyyatların 100% yoxlanılması. Seçmənin düzülüşü üçün auditor təşkilatı mühasibat hesabatının konkret bölməsinin yoxlanılması qaydasını müəyyənləşdirir. Mühasibat hesabatının konkret bölməsinin yoxlamanın aparılma qaydası müəyyən edilərkən auditor təşkilatı qarşıya qoyulan məqsədə çatmaq üçün yoxlamanın məqsədini və auditor prosedurlarını müəyyən etməlidir. Auditor müstəqil olaraq auditor sübutlarının əldə edilməsi prosedurlarını müəyyən edir. Bu zaman auditorun sə...