Makroiqtisadi qeyri-sabitlik, iqtisadi tsikllər, işsizlik, inflyasiya

Makroiqtisadi qeyri-sabitlik. İstənilən ölkənin iqtisadi inkişafının səciyyəvi cəhətlərindən biri də qeyri- sabitlikdir. Qeyri- sabit iqtisadi inkişaf ən sadə mənada tələb və təklifin müxtəlif formada uyğunsuzluğudur. A. Şpitqof, K. Marks, U. Mitçell, C. Klark, C. Keyns, Y. Şumpeter, N. Kondratyev, C. Kitçin və başqaları iqtisadi inkişafın qeyri- sabitliyini araşdırmağa və onun qanunauyğunluqlarını açıb göstərməyə çalışmışlar. İqtisadi inkişafın qeyri- sabitliyi iki əsas formada, tsiklik və qeyri- tsiklik tərəddüdlər şəklində təzahür edir. İqtisadi inkişafın qeyri- sabitliyi hansı formada baş verməsindən asılı olmayaraq obyektiv xarakter daşıyır. İqtisadi inkişafın qeyri- sabitliyi bir sıra xarici və daxili amillərin qarşılıqlı təsiri altında baş verir. Alimlər iqtisadi inkişafın qeyri- sabitliyinə təsir göstərən daxili və xarici amilləri aşağıdakı kimi qruplaşdırılar: 1.Xarici amillər. -müharibə, inqilab və digər siyasi sarsıntılar; -qızıl , uran, neft və digər resursların...