Müəssisələrdə firmadaxili planların xüsusiyyətləri

Planlaşdırmanın mahiyyəti bütövlükdə müəssisənin, firmanın və onun bölmələrinin müəyyən dövr üçün inkişafının və fəaliyyətinin müəyyən edilməsi, onun həyata keçirilməsi ardıcıllığının təyin edilməsi, istehsal-təsərrüfat məsələlərinin həll edilməsi yollarının müəyyən olunması, məqsədə nail olmaq üçün maddi, əmək və maliyyə ehtiyatlarının mənbələrinin aşkar edilməsindən ibarətdir. Məqsədlərin işlənib hazırlanması prosesi firmadaxili planlaşdırmanın ayrılmaz tərkib hissəsidir. Firmanın səmərəli fəaliyətinə təsir edən amillər içərisində daxili mühitin – yaratdığı amillərin də özünəməxsus rolu və yeri vardır. Firmadaxili amilərin – xarici amillərlə müqaisədə – idarə edilməsi, nəzarətdə saxlanması sahibkar üçün ciddi çətinliklər yaratmır. Firmanın daxili mühitini, hər şeydən öncə, onun istehsal potensialı (gücü) müəyyən edir. İstehsal potensialı yaradıcı xüsüsiyyətə malik fəaliyyətlə məşğul olmaq üçün – məhsul istehsal etmək, istehsal xarakterli işlər görmək və xidmətlər göstərmək ...