Kayıtlar

insanresurslarininidareolunmasi etiketine sahip yayınlar gösteriliyor

Əmək davranışı, əməyin motivləşdirilməsi və insan resurslarının istifadəsi

Resim
İdarəetmə birinci növbədə adamların, işçilərin fəaliyyətinin əlaqələndirilməsi və təşkilidir. Bu isə əmək ehtiyatlarından səmərəli istifadə olunması, insan amilinin nəzərə alınması, insan münasibətləri, əməyin təşkili, sosial inkişafı, əmək davranışı, kadr siyasəti, əmək bazarı kimi vacib problemləri əhatə edir. Heyət istehsal, idarəçilik, onlar isə uyğun olaraq əsas, köməkçi və xidmətedici fəhlələrdən, rəhbər işçilər və mütəxəssislərdən ibarətdir. [1] Heyətin idarə edilməsinin inteqrativ səciyyə daşıyan aşağıdakı konsepsiyaları vardır: 1. sosioloji konsepsiyaları (sosial davranış, əmək davranışı, sosial qrup nəzəriyyələri, münaqişələr). 2. iqtisadi konsepsiyalar (işçi qüvvəsinin maddi stimulları, əmək bazarı problemləri, əmək kollektivlərinin təmin edilməsi və s.) 3. psixoloji konsepsiyalar (işçinin dəyərlər meyli, mentaliteti, ünsiyyəti və davranışının psixoanalizi, əmək fəaliyyətinin psixalogiyası və s.) 4. əmək və sosial hüquq konsepsiyası (heyətin idarə edilməsinin ...

Heyətin əməyinin təşkili-əmək ehtiyatlarından istifadənin səmərəliliyinin yüksəldilməsinin sosial-texniki-texnoloji amili və şərti kimi

Resim
İnsan resurslarının inkişaf etdirilməsi, personalın təşkilata girişindən ayrılana qədər keçən müddətdə, onun əməyinin məhsuldarlığını artırılması üçü nidarəetmə səviyyəsində edilən səylərin hamısı təyin oluna bilər. İnsan resurslarının inkişaf etdirilməsində,təşkilatların ehtiyacları və izləmiş olduğu siyasət əhəmiyyətli rol oynamaqdadır. Xüsusilə ticarət sahəsində fəaliyyət göstərən təşkilatlar üçün təhsil və inkişaf fəaliyyətlərini,minimum xərclə və professional şəxslərə keyfiyyətli bir şəkildə etdirmək əhəmiyyətlidir.Çünki ticarət təşkilatlarda, edilən ödəmə nəticəsində əldə ediləcək nəticə və heyətə qazandırılacaq informasiya və bacarıq olduqca əhəmiyyətlidir. Eyni anlayışın ictimai təşkilat və quruluşlarına da qazandırılması, bu sektorlarda təşkilati məhsuldarlıq baxımından çox əhəmiyyətlidir. Bu məqsədlə bütün təşkilatlar,daxilində insan resurslarının məhsuldarlığını artırmaq məqsədi ilə zəruri vahidi qurmaq məcburiyyətindədirlər. İnsan resurslarının inkişaf etdirilməsində ...

Əmək ehtiyatları və əmək potensialı

Resim
Əmək ehtiyatları dedikdə əmək bazarında işçi qüvvələrinin ehtiyatı nəzərdə tutulur. Əmək ehtiyatlarının əsas hissəsini əmək qabiliyyəti yaşında olan əhali təşkil edir. Azərbaycanda əmək ehtiyatlarından səmərəli istifadə 2002-ci ildən sonra xüsusilə böyük vüsət almışdır. Belə ki, təsərrüfat sahələrındə məşğul olanların 40,1%-i kənd və meşə təsərrüfatında, 16,4%-i ticarət, ictimai iaşə, satış və tədarük sahələrində, 8,9%-i təhsil, elm, mədəniyyət və incəsənət sahələrində, 3,6%-i sənayedə çalışmışdır. 1990-2002-ci illərdə sənaye sahələrində, elm yə təhsil sahələrində, tikintidə, nəqliyyat və rabitədə işləyənlərin sayı azalmışdır. Bu dövrdə idarəetmə orqanlarında və ticarət sahələrində çalışanların miqdarı artmışdır. Hal-hazırda dövlətin həyata keçirdiyi xüsusi proqramlar nəticəsində bu fərq aradan qaldırılmaqdadır. [1] Bazar iqtisadiyyatına keçid əmək ehtiyatlarından səmərəli istifadə olunmasının,bütün imkanların nəzərə alınmasını tələb edir. Bu problemlərin həllində iş yerinin at...