Kayıtlar

Şubat, 2018 tarihine ait yayınlar gösteriliyor

Büdcə xətti və istehlakçı optimumu

Resim
Büdcə məhdudiyyəti istehlakçının satın ala biləcəyi istehlak “səbəti” üzərindəki məhdudiyyəti göstərir. İnsanlar arzu etdiklərindən daha az istehlak edirlər. Çünkü onların xərcləmələri gəlirləri ilə məhdudlaşır. Büdcə məhdudiyyəti müəyyən gəlir və qiymət səviyyəsində istehlakçının satın ala biləcəyi müxtəlif əmtəə kombinasiyalarını göstərir. İstehlakçının Büdcə Məhdudiyyəti BÜDCƏ MƏHDUDİYYƏTİ: İSTEHLAKÇI NƏ SATIN ALA BİLƏR? Büdcə məhdudiyyəti xətti üzərindəki hər hansı bir nöqtə istehlakçı kombinasiyasını və ya iki məhsul arasındakı seçim nisbətini göstərir.  Məsələn, əgər istehlakçı pizza almırsa, o 500 litr Pepsi ala bilər (B nöqtəsi). Əgər o Pepsi almırsa, 100 pizza ala bilər (A nöqtəsi). BÜDCƏ MƏHDUDİYYƏTİ: İSTEHLAKÇI NƏ SATIN ALA BİLƏR? Alternativ olaraq, istehlakçı 50 pizza və 250 litr Pepsi ala bilər. [1] İstehlakçının hansı qərarı verəcəyini müəyyən etmək üçün göstərilən əyriləri bir yerdə nəzərə almalıyıq. Bu zaman büdcə məhdudiyyətləri və fərqsizl

Əmək davranışı, əməyin motivləşdirilməsi və insan resurslarının istifadəsi

Resim
İdarəetmə birinci növbədə adamların, işçilərin fəaliyyətinin əlaqələndirilməsi və təşkilidir. Bu isə əmək ehtiyatlarından səmərəli istifadə olunması, insan amilinin nəzərə alınması, insan münasibətləri, əməyin təşkili, sosial inkişafı, əmək davranışı, kadr siyasəti, əmək bazarı kimi vacib problemləri əhatə edir. Heyət istehsal, idarəçilik, onlar isə uyğun olaraq əsas, köməkçi və xidmətedici fəhlələrdən, rəhbər işçilər və mütəxəssislərdən ibarətdir. [1] Heyətin idarə edilməsinin inteqrativ səciyyə daşıyan aşağıdakı konsepsiyaları vardır: 1. sosioloji konsepsiyaları (sosial davranış, əmək davranışı, sosial qrup nəzəriyyələri, münaqişələr). 2. iqtisadi konsepsiyalar (işçi qüvvəsinin maddi stimulları, əmək bazarı problemləri, əmək kollektivlərinin təmin edilməsi və s.) 3. psixoloji konsepsiyalar (işçinin dəyərlər meyli, mentaliteti, ünsiyyəti və davranışının psixoanalizi, əmək fəaliyyətinin psixalogiyası və s.) 4. əmək və sosial hüquq konsepsiyası (heyətin idarə edilməsinin