Kayıtlar

Aralık, 2018 tarihine ait yayınlar gösteriliyor

Azərbaycanın mineral-xammal resurslarından istifadənin ekoloji-iqtisadi qiymətləndirilməsi

Resim
Əvvəla onu qeyd etmək yerinə düşərdi ki, ölkəmizin mineral-xammal bazası 450-dən artıq qara, əlvan və nəcib metal fılizləri, qeyri-fıliz xammalı və tikinti materialları, yeraltı şirin, mineral, termal və yodlu-bromlu sənaye suları və s. ehtiyatlardan ibarətdir. Respublikanın potensial mineral-xammal ehtiyatlarının 28 əsas faydalı qazıntı növü üz-rə ümumi dəyəri 36,3 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Kəşf olunmuş faydalı qazıntı yataqlarının 40%-i istismara cəlb olunmuşdur. [1] İnsanlar öz ömürlərini təbiəin dərk edilməsinə həsr etməyə və onlar üçün yaradılmış dəyərlərdən məqsədyönlü istifadə etməyə borcludurlar. Yalnız bu kontekstdə, mineral-xammal resurslarının hərtərəfli dərk edilməsi, onlara strateji əhəmiyyətli xammal, məhdud və ya kritik həddə olan ehtiyatlar və resurslar qismində önəm verilməsi sayəsində, həm onların həcminin və keyfiyyətinin artırılması istiqamətində geoloji kəşfiyyat işlərinin gücləndirilməsinə və eləcə də onların kortəbii istismardan mühaf

Müəssisələrdə firmadaxili planların xüsusiyyətləri

Resim
Planlaşdırmanın mahiyyəti bütövlükdə müəssisənin, firmanın və onun bölmələrinin müəyyən dövr üçün inkişafının və fəaliyyətinin müəyyən edilməsi, onun həyata keçirilməsi ardıcıllığının təyin edilməsi, istehsal-təsərrüfat məsələlərinin həll edilməsi yollarının müəyyən olunması, məqsədə nail olmaq üçün maddi, əmək və maliyyə ehtiyatlarının mənbələrinin aşkar edilməsindən ibarətdir. Məqsədlərin işlənib hazırlanması prosesi firmadaxili planlaşdırmanın ayrılmaz tərkib hissəsidir. Firmanın səmərəli fəaliyətinə təsir edən amillər içərisində daxili mühitin – yaratdığı amillərin də özünəməxsus rolu və yeri vardır. Firmadaxili amilərin – xarici amillərlə müqaisədə – idarə edilməsi, nəzarətdə saxlanması sahibkar üçün ciddi çətinliklər yaratmır. Firmanın daxili mühitini, hər şeydən öncə, onun istehsal potensialı (gücü) müəyyən edir. İstehsal potensialı yaradıcı xüsüsiyyətə malik fəaliyyətlə məşğul olmaq üçün – məhsul istehsal etmək, istehsal xarakterli işlər görmək və xidmətlər göstərmək

Auditin və auditor prosedurlarının təşkili. Auditor rəyi

Resim
Auditin və auditor prosedurlarının təşkili. Auditor nümunəsinin seçilməsi, müvafiq xüsusi seçmə metodların texnikasından istifadə etməklə həyata keçirilir. Seçmə üsulu tətbiq etmədən aparılan yoxlama - Bu yoxlama prosedurların tətbiq edilməsinə görə seçmə metod tətbiq edə bilmədiyi halda həyata keçirilir. Bu prosedurlara aiddir: analitik prosedurlar; audit planlaşdırılarkən və idarə (iqtisadi subyekt) yoxlanılarkən istifadə edilən sorğular və müşahidələr; balansın maddələrinin və ya digər müvafiq sinif əməliyyatların 100% yoxlanılması. Seçmənin düzülüşü üçün auditor təşkilatı mühasibat hesabatının konkret bölməsinin yoxlanılması qaydasını müəyyənləşdirir. Mühasibat hesabatının konkret bölməsinin yoxlamanın aparılma qaydası müəyyən edilərkən auditor təşkilatı qarşıya qoyulan məqsədə çatmaq üçün yoxlamanın məqsədini və auditor prosedurlarını müəyyən etməlidir. Auditor müstəqil olaraq auditor sübutlarının   əldə edilməsi prosedurlarını müəyyən edir. Bu zaman auditorun sərənc