Azərbaycanın mineral-xammal resurslarından istifadənin ekoloji-iqtisadi qiymətləndirilməsi


Əvvəla onu qeyd etmək yerinə düşərdi ki, ölkəmizin mineral-xammal bazası 450-dən artıq qara, əlvan və nəcib metal fılizləri, qeyri-fıliz xammalı və tikinti materialları, yeraltı şirin, mineral, termal və yodlu-bromlu sənaye suları və s. ehtiyatlardan ibarətdir. Respublikanın potensial mineral-xammal ehtiyatlarının 28 əsas faydalı qazıntı növü üz-rə ümumi dəyəri 36,3 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Kəşf olunmuş faydalı qazıntı yataqlarının 40%-i istismara cəlb olunmuşdur. [1]

İnsanlar öz ömürlərini təbiəin dərk edilməsinə həsr etməyə və onlar üçün yaradılmış dəyərlərdən məqsədyönlü istifadə etməyə borcludurlar. Yalnız bu kontekstdə, mineral-xammal resurslarının hərtərəfli dərk edilməsi, onlara strateji əhəmiyyətli xammal, məhdud və ya kritik həddə olan ehtiyatlar və resurslar qismində önəm verilməsi sayəsində, həm onların həcminin və keyfiyyətinin artırılması istiqamətində geoloji kəşfiyyat işlərinin gücləndirilməsinə və eləcə də onların kortəbii istismardan mühafizəsinə nail olmaq mümkündür.

Hal-hazırda BMT-nin mineral ehtiyatlar və resurslara dair çərçivə təsnifatı mövcuddur. Bu dövrə qə-dər kəşfiyyatı aparılmış faydalı qazıntı yataqları üzrə ehtiyatların və resursların mövcud təsnifata qis-mən transferi də mümkündür. Bununla da, əlavə öyrənilmə xərclərindən qismən azad olmaq imkanı ilə , bərpa olunmayan mineral resursların regionlar üzrə balansını müəyyən etmək və onları iqtisadi cəhətdən qiymətləndirmək mümkündür. [2]

Mineral ehtiyatların kəmiyyətcə qiymətləndirilməsi, faydalı qazıntıların ehtiyatı ilə ifadə olunur (aşkar və kəşf olunmuş). Mineral xammalın kəşf olunmuş miqdarı çıxarılan faydalı qazıntının ölçüsündən, kəşf olunma dərəcəsindən, eyni zamanda yer qabığı haqqında geoloji biliklərin inkişafından və onun müxətlif hissələrində faydalı qazıntıların toplanmasının mümkünlüyündən asılı olaraq dəyişir. Geoloji kəşfiyyatın məlumatları faydalı qazıntıların həcmini hesablamağa, həcmi sıxlığa vurduqda isə faydalı qazıntı ehtiyatlarının çəkisini müəyyən etməyə imkan verir. Maye və qaz halında olan faydalı qazıntıların ehtiyatını hesablayarkən həcm metodundan savayı, buruqlarda axınlar üzrə hesablanma metodundan istifadə olunur.

Faydalı qazıntı ehtiyatları xalq təsərrüfatında istifadə üçün yararlılığına görə də müvazinət və müvazinətləşdirilən olmaqla iki yerə ayrılır. Müvazinətli olanlaratexnika və iqtisadiyyatın müasir səviyyəsində istifadə olunması məqsədəuyğun hesab olunan ehtiyatlar daxildir; müvazinətləşdirilənlərə mövcud texnika vasitəsilə səmərəli istifadəsi mümkün olmayan ehtiyatlar daxildir. Həmçinin, proqnoz qrupu da mövcuddur ki, buraya təxmini qiymətləndirilmiş geoloji ehtiyatlar daxildir.

Faydalı qazıntıların iqtisadi qiymətləndirilməsi, başqa təbii ehtiyat növlərində olduğu kimi diferensial rentanın hesablanmasına əsaslanır və burada o, diferensial dağ rentası adını alır. Əsas qiymətləndirmə göstəricisi, təbii ehtiyatların istismar qiymətinin göstəricisi hesab olunur. O, həmin ehtiyat növünün xalq təsərrüfatına gətirdiyi mümkün iqtisadi səmərəliliyin pulla ifadə olunmasını özündə birləşdirir. Təbii ehtiyatların istismar qiyməti ehtiyatdan alınmış məhsulun pulla ifadə edilən qiyməti ilə, onun çıxarılması və emalına çəkilən xərclər arasındakı fərq kimi
müəyyən olunur. [3]


Ədəbiyyat:

[1] Milli Aviasiya Akademiyası, “Azərbaycanın təbii ehtiyatlarından istifadənin ekoloji-iqtisadi cəhətdən qiymətləndirilməsi” mövzusunda Referat, tələbə: Bayramova Ceyran

[2] Məmmədrəhim Əkbərov - Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji-İstehsalat şöbəsinin rəisi, "YER VƏ İNSAN" jurnalı № /04/ MAY-İYUN

[3] http://unec.edu.az/application/uploads/2015/06/etraf_cavab06az.pdf

Yorumlar

Bu blogdaki popüler yayınlar

Xasiyyətnamə və tərcümeyi-hala aid nümunələr yazmaq

Müasir Azərbaycan dilinin işgüzar üslubu barədə material hazırlamaq

Əmr və əmrdən çıxarış mövzusuna aid nümunələr