Korrelyasiya əmsalının əhəmiyyətliliyi haqqında hipotezin yoxlanması
Korrelyasiya anlayışı XIX əsrin ortalarında ingilis statistikləri F.Qalton və K.Pirsonun işlərində meydana çıxmışdır. “Korrelyasiya” termini latın “correlation“ sözündən yaranmışdır, mənası qarşılıqlı asılılıq, münasibət deməkdir. ”Reqressiya” terminini də F.Qalton daxil etmişdir, latın “regression” sözündən yaranıb, mənası geriyə hərəkət deməkdir. F.Qalton bu terminləri valideynlərin boy uzunluqları ilə onların övladlarının boy uzunluqları arasındakı əlaqəni öyrənərkən elmə gətirmişdir. Bu zaman o, belə bir nəticə almışdır ki, uzun boya malik valideynlərin övladlarının boylarının uzunluqları orta boya yaxınlaşır. [1] Korrelyasiya analizi riyazi statistikanın əsas metodlarından biri olub, hadisələr və onların elementləri arasındakı qarşılıqlı əlaqələrin statistik təhlilində mühüm əhəmiyyət kəsb edir. Korrelyasiya termini latın sözü ’’correlatio’’-dan əmələ gəlmişdir ki, bu da ’’münasibət’’ və yaxud ’’qarşılıqlı əlaqə’’ deməkdir. Korrelyasiya analizində hadisələr və onların əlam