Qiymətəmələgəlmədə marketinq prinsipi
Qiymət mürəkkəb iqtisadi kateqoriya kimi cəmiyyətdə praktik olaraq əsas iqtisadi münasibətləri əks etdirir.Bu prosesə hər şeydən əvvəl məhsul istehsalı və satışı,onun dəyərinin formalaşması və həmçinin dəyər ifadəsində yığım fondlarını yaranması,bölüşdürülməsi və istifadə edilməsi aiddir. Odur ki, burda ilkin olaraq belə qənaətə gəlmək mümkündür ki,qiymət bütövlükdə yalnız əmtəə - pul münasibətləri sferasında təzahür edir. Qiymətin əmələ gəlməsi - əmtəə və xidmətlərin formalaşması prosesidir.İqtisadi praktikada qiymətin əmələ gəlməsinin və qiymət qoymanın iki əsas sistemi mövcuddur: -bazar qiymət qoyması əmtəə və xidmətlərə olan tələb və təklifin qarşılıqlı təsirinin bazası əsasında formalaşır; -mərkəzləşdirilmiş dövlət qiymətqoyması dövlət orqanları tərəfindən müəyyən edilir. [1] Marketinqin əsas məqsədi istehlakçıya yönümlülük, istehlakçının və cəmiyyətin tələbatının ödənilməsi şərti ilə mənfəət əldə etmək, daha effektli marketinq tədbirləri ilə müəssisənin başlıca məq