Kayıtlar

Aralık, 2017 tarihine ait yayınlar gösteriliyor

Kiçik və orta biznesin inkişafına dövlət köməyi

Resim
Beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, kiçik və orta biznesin səmərəli fəaliyyətinin təmin edildiyi şəraitdə istehsal olunan məhsul və xidmətlərin yarıdan çoxu, elmi texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinin 80%-i, hər yeni açılan 3 iş yerindən 2-si həmin sahənin payına düşür. Eyni zamanda kiçik və orta biznes subyektləri əhalinin tələbatına daha həssas olduğundan, bazar konyukturunun dəyişikliklərinə çevik reaksiya verib, istehsal və istehlak sferalarındakı müvafiq boşluqları daha dolğun və səmərəli şəkildə doldura bilirlər. Bundan əlavə kiçik və orta sahibkarlıq cəmiyyətdə orta təbəqənin formalaşmasının əsas mənbəyi kimi zəruri sabitliyi təmin edərək, ölkədə həyata keçirilən demokratik yönlü, mütərəqqi iqtisadi, hüquqi və siyasi islahatların dəstəklənməsinin sosial bazasını genişləndirir. Məlumdur ki, səmərəli fəaliyyət göstərən güclü sahibkarlıq institutunun formalaşması və inkişafı uzunmüddətli proses olaraq, dövlət tərəfindən müəyyən edilən siyasi, hüqu

Makroiqtisadi qeyri-sabitlik, iqtisadi tsikllər, işsizlik, inflyasiya

Resim
Makroiqtisadi qeyri-sabitlik. İstənilən ölkənin iqtisadi inkişafının səciyyəvi cəhətlərindən biri də qeyri- sabitlikdir. Qeyri- sabit iqtisadi inkişaf ən sadə mənada tələb və təklifin müxtəlif formada uyğunsuzluğudur. A. Şpitqof, K. Marks, U. Mitçell, C. Klark, C. Keyns, Y. Şumpeter, N. Kondratyev, C. Kitçin və başqaları iqtisadi inkişafın qeyri- sabitliyini araşdırmağa və onun qanunauyğunluqlarını açıb göstərməyə çalışmışlar. İqtisadi inkişafın qeyri- sabitliyi iki əsas formada, tsiklik və qeyri- tsiklik tərəddüdlər şəklində təzahür edir. İqtisadi inkişafın qeyri- sabitliyi hansı formada baş verməsindən asılı olmayaraq obyektiv xarakter daşıyır. İqtisadi inkişafın qeyri- sabitliyi bir sıra xarici və daxili amillərin qarşılıqlı təsiri altında baş verir. Alimlər iqtisadi inkişafın qeyri- sabitliyinə təsir göstərən daxili və xarici amilləri aşağıdakı kimi qruplaşdırılar: 1.Xarici amillər. -müharibə, inqilab və digər siyasi sarsıntılar; -qızıl , uran, neft və digər resursların

Təsadüfi kəmiyyətlərin paylanmasına aid məsələ

Resim
  kimi təyin olunur. Ədəbiyyat: 1) T.Q.Kərimov,N.Z.Seyfullazadə.  EHTİMAL NƏZƏRİYYƏSİ VƏ RİYAZİ STATİSTİKANIN ƏSASLARI,  Dərs vəsaiti, səhifə 67-70. Qeyd: Sərbəst iş mövzuya aid olmaya bilər.

Xasiyyətnamə və tərcümeyi-hala aid nümunələr yazmaq

Resim
Xasiyyətnamə.    Nümunə 1.                                                   Azərbaycan Dövlət İqtisad Universitetinin                                                  «Azərbaycan dili» kafedrasının baş müəllimi,                                                   filologiya elmləri namizədi, azərbaycanlı,                                                   evli, 1960-cı ildə anadan olmuş Həsən                                                   Məmməd oğlu Zakirov barədə                                                    XASİYYƏTNAMƏ Həsən Məmməd oğlu Zakirov 1990-1993-cü illərdə Bakı Dövlət Universitetində aspiranturanın əyani şöbəsində oxumuşdur. 1993-cü ildən ADİU-nun “Azərbaycan dili” kafedrasında müəllim vəzifəsində çalışır. 1994-cü ildə «Dilimizin zənginləşmə yolları» mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1997-ci ildə müsabiqə yolu ilə baş müəllim vəzifəsinə keçirilmişdir. Həsən Zakirov mühazirələrini yüksək metodiki və elmi səviyyədə aparır. Elmi-tədqiqat