Kayıtlar

Vergi inzibatçılığı

Resim
  Vergi inzibatçılığının məzmunu - Vergi sferasının idarə olunmasında səlahiyyətli dövlət orqanının (Vergilər Nazirliyinin) fəaliyyəti təşkil edir. Vergi inzibatçılığının elementləri:   -vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə riayət olunmasına nəzarət; -vergi orqanları tərəfindən vergi qanunvericiliyinin reallaşdırılmasına və icrasına nəzarət; -nəzarət fəaliyyətinin təşkilati, metodiki və analitik təminatı. Vergi inzibatçılığının birinci səviyyəsinin subyektləri Vergilər nazirliyi, ikinci səviyyəli subyektləri isə Vergilər Nazirliyi yanında ayrı-ayrı qurumlar və ərazi vergi orqanlarıdır. Birinci səviyyəsinin subyektlərinin fəaliyyət məqsədləri vergilərin yığılması səviyyəsinin yüksəldilməsi üzrə, o cümlədən vergi qanunvericiliyinin təkmilləşdirilməsi əsasında, tədbirlərin işlənməsi, cari ödənişlərin təhlili nəzərə alınmaqla büdcəyə vergi daxilolmalarının planlaşdırılması və növbəti dövrlər üçün proqnozların tərtib edilməsi və s. İkinci səviyyənin məzmu

Azərbaycanın mineral-xammal resurslarından istifadənin ekoloji-iqtisadi qiymətləndirilməsi

Resim
Əvvəla onu qeyd etmək yerinə düşərdi ki, ölkəmizin mineral-xammal bazası 450-dən artıq qara, əlvan və nəcib metal fılizləri, qeyri-fıliz xammalı və tikinti materialları, yeraltı şirin, mineral, termal və yodlu-bromlu sənaye suları və s. ehtiyatlardan ibarətdir. Respublikanın potensial mineral-xammal ehtiyatlarının 28 əsas faydalı qazıntı növü üz-rə ümumi dəyəri 36,3 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Kəşf olunmuş faydalı qazıntı yataqlarının 40%-i istismara cəlb olunmuşdur. [1] İnsanlar öz ömürlərini təbiəin dərk edilməsinə həsr etməyə və onlar üçün yaradılmış dəyərlərdən məqsədyönlü istifadə etməyə borcludurlar. Yalnız bu kontekstdə, mineral-xammal resurslarının hərtərəfli dərk edilməsi, onlara strateji əhəmiyyətli xammal, məhdud və ya kritik həddə olan ehtiyatlar və resurslar qismində önəm verilməsi sayəsində, həm onların həcminin və keyfiyyətinin artırılması istiqamətində geoloji kəşfiyyat işlərinin gücləndirilməsinə və eləcə də onların kortəbii istismardan mühaf

Müəssisələrdə firmadaxili planların xüsusiyyətləri

Resim
Planlaşdırmanın mahiyyəti bütövlükdə müəssisənin, firmanın və onun bölmələrinin müəyyən dövr üçün inkişafının və fəaliyyətinin müəyyən edilməsi, onun həyata keçirilməsi ardıcıllığının təyin edilməsi, istehsal-təsərrüfat məsələlərinin həll edilməsi yollarının müəyyən olunması, məqsədə nail olmaq üçün maddi, əmək və maliyyə ehtiyatlarının mənbələrinin aşkar edilməsindən ibarətdir. Məqsədlərin işlənib hazırlanması prosesi firmadaxili planlaşdırmanın ayrılmaz tərkib hissəsidir. Firmanın səmərəli fəaliyətinə təsir edən amillər içərisində daxili mühitin – yaratdığı amillərin də özünəməxsus rolu və yeri vardır. Firmadaxili amilərin – xarici amillərlə müqaisədə – idarə edilməsi, nəzarətdə saxlanması sahibkar üçün ciddi çətinliklər yaratmır. Firmanın daxili mühitini, hər şeydən öncə, onun istehsal potensialı (gücü) müəyyən edir. İstehsal potensialı yaradıcı xüsüsiyyətə malik fəaliyyətlə məşğul olmaq üçün – məhsul istehsal etmək, istehsal xarakterli işlər görmək və xidmətlər göstərmək

Auditin və auditor prosedurlarının təşkili. Auditor rəyi

Resim
Auditin və auditor prosedurlarının təşkili. Auditor nümunəsinin seçilməsi, müvafiq xüsusi seçmə metodların texnikasından istifadə etməklə həyata keçirilir. Seçmə üsulu tətbiq etmədən aparılan yoxlama - Bu yoxlama prosedurların tətbiq edilməsinə görə seçmə metod tətbiq edə bilmədiyi halda həyata keçirilir. Bu prosedurlara aiddir: analitik prosedurlar; audit planlaşdırılarkən və idarə (iqtisadi subyekt) yoxlanılarkən istifadə edilən sorğular və müşahidələr; balansın maddələrinin və ya digər müvafiq sinif əməliyyatların 100% yoxlanılması. Seçmənin düzülüşü üçün auditor təşkilatı mühasibat hesabatının konkret bölməsinin yoxlanılması qaydasını müəyyənləşdirir. Mühasibat hesabatının konkret bölməsinin yoxlamanın aparılma qaydası müəyyən edilərkən auditor təşkilatı qarşıya qoyulan məqsədə çatmaq üçün yoxlamanın məqsədini və auditor prosedurlarını müəyyən etməlidir. Auditor müstəqil olaraq auditor sübutlarının   əldə edilməsi prosedurlarını müəyyən edir. Bu zaman auditorun sərənc

Korrelyasiya əmsalının əhəmiyyətliliyi haqqında hipotezin yoxlanması

Resim
Korrelyasiya anlayışı XIX əsrin ortalarında ingilis statistikləri F.Qalton və K.Pirsonun işlərində meydana çıxmışdır. “Korrelyasiya” termini latın “correlation“ sözündən yaranmışdır, mənası qarşılıqlı asılılıq, münasibət deməkdir. ”Reqressiya” terminini də F.Qalton daxil etmişdir, latın “regression” sözündən yaranıb, mənası geriyə hərəkət deməkdir. F.Qalton bu terminləri valideynlərin boy uzunluqları ilə onların övladlarının boy uzunluqları arasındakı əlaqəni öyrənərkən elmə gətirmişdir. Bu zaman o, belə bir nəticə almışdır ki, uzun boya malik valideynlərin övladlarının boylarının uzunluqları orta boya yaxınlaşır. [1] Korrelyasiya analizi riyazi statistikanın əsas metodlarından biri olub, hadisələr və onların elementləri arasındakı qarşılıqlı əlaqələrin statistik təhlilində mühüm əhəmiyyət kəsb edir. Korrelyasiya termini latın sözü ’’correlatio’’-dan əmələ gəlmişdir ki, bu da ’’münasibət’’ və yaxud ’’qarşılıqlı əlaqə’’ deməkdir. Korrelyasiya analizində hadisələr və onların əlam

Biznesin vençur maliyyələşdirilməsi-SLAYD

Resim
             Slaydı yükləmək üçün aşağıdakı linkə daxil olun, daha sonra isə mavi rəngli butona giriş edin :                                           https://www.dosyaupload.com/ea4r                                         

Biznesin təşkilati-hüquqi formalarının seçilməsi

Resim
Biznesin təşkilati-hüquqi formasının seçilməsi haqqında qərar qəbul edərək sahibkar müəyyənləşdirir: - ona tələb olunan mümkün hüquq və öhdəliklərin səviyyəsi və həcmini. Bu biznesin profili və məzmunundan, mümkün tərəfdaşlar dairəsindən, mövcud qanunvericilikdən asılıdır; - müəssisənin nizamnamə fondunun yaradılması formasını. Bu biznesin profili və məzmunundan, şəxsin imkanlarından, fəaliyyət miqyasından, biznesin həyata keçirildiyi sahədə rəqabətin səviyyəsindən, mülkiyyət formasından asılıdır; - müəssisənin təşkilati quruluşunun ən effektiv formasını və onun idarə olunması sxemini. Beləliklə, biznesin xarakteri, fəaliyyət miqyası, maliyyə imkanları, həmçinin hər bir konkret halda sahibkarlığın müxtəlif formalarının üstün və nöqsan cəhətləri nəzərə alınmaqla ən sərfəli təşkilati-hüquqi formanı seçmək mümkündür. Biznesin təşkilati-hüquqi formaları bir sıra əlamətlərə görə fərqlənirlər ki, bunlara aşağıdakıları aid etmək olar: - kapital sahibinin idarəetmədə və müəss