Kayıtlar

Qiymət taktikası və qiymətlərin bazar sığortalanması

Resim
Müştəri məmnuniyyətinin təmin edilməsinin ən çətin mümkün olduğu məqam qiymət amilidir. Qiymət müştərinin fikrində, artıq xərc kimi deyil, alacağı məhsulun dəyəri qismində çıxış etməlidir. Lakin bunu etmək heç də asan deyil. Çünki müştəri alış-veriş zamanı hər zaman haqlı olaraq yalnız öz mənfəətini güdən, ən uyğun qiymətə ən yaxşı məhsulu almaq istəyən şəxsdir. Bu səbəblərdən dolayı azad bazar şəraitində yeni bir rəqabət amili olaraq qiymət daha geniş bir vüsət almış və rəqabət meydanına yeni bir nəfəs gətirmişdir. Beləliklə, belə bir gərgin rəqabət şəraitində bazarda hər bir şirkətin vəzifəsi müştəri və qiymət arasındakı narazılıqların ən uyğun bir şəkildə qarşılanıb həll edilməsidir. Bu zaman müxtəlif qiymətqoyma taktikaları köməyimizə çata bilər. Hansı ki, bu taktikalar vasitəsi ilə müştərinin qiymətə qarşı neqativ reaksiyasının qarşısı nisbətən və ya tamamilə alınır, məhsul seçimi asanlaşdırılır, bir növ rəqəmlərlə müştəriləri idarə etmək mümkün olur. Başlayaq onlardan bəzil...

Əmr və əmrdən çıxarış mövzusuna aid nümunələr

Resim
Nümunə 1 .    BAKI MAŞINQAYIRMA ZAVODU ÜZRƏ 63 SAYLI ƏMR Bakı şəhəri             «02» fevral 2015-ci il Zavodda dəftərxana işinin daha səmərəli təşkili və sənədləşmənin düzgün aparılması məqsədi ilə ƏMR EDİRƏM: 1. Zavod üzrə bütün əmrlər lazımi nüsxələrdə və əmrdə göstərilən əsaslarla birlikdə ümumi şöbəyə təqdim edilsin. 2. Təqdimatlar və ərizələr ümumi şöbədə qeydiyyatdan keçirilsin və mənim dərkənarımdan sonra yenidən ümumi şöbəyə təqdim edilsin. 3. Zavoddan gedən bütün məktublar və cavab məktubları 3 nüsxədə, zavoda daxil olan məktub əsasla birlikdə ümumi şöbəyə təqdim edilsin. 4. Sənədləşmənin düzgün aparılıb-aparılmaması barədə ümumi şöbənin müdiri mənə xəbər versin. Əmr bütün struktur bölmələrə göndərilsin. Əsas: Ümumi şöbə müdirinin təqdimatı. BAŞ DİRЕКTОR:              Z.N.ƏHMƏDOV Nümunə 2 .    “Fidan” Elm İstehsalat Birliyi üzrə       ...

Biznesin (şirkətin maliyyəsi)-SLAYD

Resim
               Slaydı yükləmək üçün bu linkə daxil olun, daha sonra isə mavi rəngli butona giriş edin :                                                     https://www.dosyaupload.com/9xaT

Müdafiə (sağalma) strategiyası-SLAYD

Resim
                                              Slaydı yükləmək üçün bu linkə daxil olun, daha sonra isə mavi rəngli butona giriş edin :                           https://www.dosyaupload.com/m8kk

Büdcə xətti və istehlakçı optimumu

Resim
Büdcə məhdudiyyəti istehlakçının satın ala biləcəyi istehlak “səbəti” üzərindəki məhdudiyyəti göstərir. İnsanlar arzu etdiklərindən daha az istehlak edirlər. Çünkü onların xərcləmələri gəlirləri ilə məhdudlaşır. Büdcə məhdudiyyəti müəyyən gəlir və qiymət səviyyəsində istehlakçının satın ala biləcəyi müxtəlif əmtəə kombinasiyalarını göstərir. İstehlakçının Büdcə Məhdudiyyəti BÜDCƏ MƏHDUDİYYƏTİ: İSTEHLAKÇI NƏ SATIN ALA BİLƏR? Büdcə məhdudiyyəti xətti üzərindəki hər hansı bir nöqtə istehlakçı kombinasiyasını və ya iki məhsul arasındakı seçim nisbətini göstərir.  Məsələn, əgər istehlakçı pizza almırsa, o 500 litr Pepsi ala bilər (B nöqtəsi). Əgər o Pepsi almırsa, 100 pizza ala bilər (A nöqtəsi). BÜDCƏ MƏHDUDİYYƏTİ: İSTEHLAKÇI NƏ SATIN ALA BİLƏR? Alternativ olaraq, istehlakçı 50 pizza və 250 litr Pepsi ala bilər. [1] İstehlakçının hansı qərarı verəcəyini müəyyən etmək üçün göstərilən əyriləri bir yerdə nəzərə almalıyıq. Bu zaman büdcə məhdudiyyətləri və fərq...

Əmək davranışı, əməyin motivləşdirilməsi və insan resurslarının istifadəsi

Resim
İdarəetmə birinci növbədə adamların, işçilərin fəaliyyətinin əlaqələndirilməsi və təşkilidir. Bu isə əmək ehtiyatlarından səmərəli istifadə olunması, insan amilinin nəzərə alınması, insan münasibətləri, əməyin təşkili, sosial inkişafı, əmək davranışı, kadr siyasəti, əmək bazarı kimi vacib problemləri əhatə edir. Heyət istehsal, idarəçilik, onlar isə uyğun olaraq əsas, köməkçi və xidmətedici fəhlələrdən, rəhbər işçilər və mütəxəssislərdən ibarətdir. [1] Heyətin idarə edilməsinin inteqrativ səciyyə daşıyan aşağıdakı konsepsiyaları vardır: 1. sosioloji konsepsiyaları (sosial davranış, əmək davranışı, sosial qrup nəzəriyyələri, münaqişələr). 2. iqtisadi konsepsiyalar (işçi qüvvəsinin maddi stimulları, əmək bazarı problemləri, əmək kollektivlərinin təmin edilməsi və s.) 3. psixoloji konsepsiyalar (işçinin dəyərlər meyli, mentaliteti, ünsiyyəti və davranışının psixoanalizi, əmək fəaliyyətinin psixalogiyası və s.) 4. əmək və sosial hüquq konsepsiyası (heyətin idarə edilməsinin ...

Kiçik və orta biznesin inkişafına dövlət köməyi

Resim
Beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, kiçik və orta biznesin səmərəli fəaliyyətinin təmin edildiyi şəraitdə istehsal olunan məhsul və xidmətlərin yarıdan çoxu, elmi texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinin 80%-i, hər yeni açılan 3 iş yerindən 2-si həmin sahənin payına düşür. Eyni zamanda kiçik və orta biznes subyektləri əhalinin tələbatına daha həssas olduğundan, bazar konyukturunun dəyişikliklərinə çevik reaksiya verib, istehsal və istehlak sferalarındakı müvafiq boşluqları daha dolğun və səmərəli şəkildə doldura bilirlər. Bundan əlavə kiçik və orta sahibkarlıq cəmiyyətdə orta təbəqənin formalaşmasının əsas mənbəyi kimi zəruri sabitliyi təmin edərək, ölkədə həyata keçirilən demokratik yönlü, mütərəqqi iqtisadi, hüquqi və siyasi islahatların dəstəklənməsinin sosial bazasını genişləndirir. Məlumdur ki, səmərəli fəaliyyət göstərən güclü sahibkarlıq institutunun formalaşması və inkişafı uzunmüddətli proses olaraq, dövlət tərəfindən müəyyən edilən siyasi, hüqu...